“Anarın həmin ad günündə iştirakından xəbərdar idik” - Ailədən açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən gün Lökbatandakı qəzada həlak olan sərnişin, ARB TV-nin keçmiş aparıcısı Ada Süleyman və sürücü Anar Kərimovun şəxsi həyatları barədə sosial şəbəkələrdə dezinformasiyalar yayılıb.
Milli.Az xəbər verir ki, bununla bağlı Anar Kərimovun həyat yoldaşının qardaşı Toğrul İsmayıl Modern.az-a açıqlama verib.
O, yayılan məlumatları əxlaqazidd adlandırıb: "Anar Kərimov bacımın həyat yoldaşıdır. Hadisə ilə bağlı rəsmi məlumat səhər saat 08 radələrində FHN tərəfindən yayıldı. Orada Anarın atasının adı texniki səhv olaraq Xaliq yox, Alik kimi qeyd edilmişdi. Müəyyən xəbər saytları da bundan istifadə edərək, sırf soyad uyğunluğu var deyə, heç bir araşdırma aparmadan həmin şəxsin hansısa iş adamının oğlu olduğu informasiyasını yaydılar. Daha sonra qəzada həlak olan həmkarımız Ada Süleyman ilə Anarın arasında hər hansı bir əlaqə axtarıldı. Ad çəkməyəcəyəm, amma bunu edən və bu müzakirələrə səbəb olan saytlar ölkədə yetərincə çəkiyə malikdirlər. Heç bir dəqiqləşdirmə etmədən ailənin faciəsindən istifadə edib onu cəmiyyətdə linçə məruz qoymaq nə jurnalist, nə də insan əxlaqına yaraşır".
T.İsmayıl vurğulayır ki, Anarın içkili olması ilə bağlı əsaslı bir fakt yoxdur: "Deyilir ki, Anar içkili olub. Bunu sübut edən hər hansı bir qaynaq varmı? Ekspertizada belə bir fakt təsdiq edilməyib. Belə olduğu halda, dəqiqləşdirmədən hadisənin rəngini, motivini dəyişib belə bir məlumatı yayımlamaq ən azından jurnalistika üçün ləkədir".
O, Ada Süleyman ilə Anar Kərimovun arasındakı münasibətə də aydınlıq gətirib: "Qeyd edim ki, Anar Kərimov şirkətlərin birində sadə işçi olub. Ada Süleyman ilə münasibətləri isə uzun zamandır dostluq səviyyəsindədir və bunu mən də bilirdim. Bütün ailəmiz bilirdi və həmin ad günündə iştirakından da xəbərdar idik. Bunu ona görə deyirəm ki, bəzi "ağzıgöyçək"lər məsələyə başqa don geyindirməyə çalışırlar. "Gecə vaxtı bir kişinin qadınla maşında nə işi vardı" kimi çürük beyinlərin məhsulu olan bu fikirlərə qarşı da bu açıqlama, mənim zənnimcə, yetərincə netdir. Anar vətəndaş kimi də, insan kimi də mükəmməl bir insan idi".
Qeyd edək ki, A.Süleyman ilə A. Kərimovun öldüyü qəza aparıcının dostları ilə doğum gününü qeyd etdikdən sonra yolda olarkən baş verib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
“Anarın həmin ad günündə iştirakından xəbərdar idik” - Ailədən açıqlama
-
Yaşlı professorlar gənc müəllimlərin yolunu kəsir? - Ekspertdən açıqlama
-
Bu marşrutların hərəkət sxemi dəyişdirilir
-
Bakı-Şamaxı yolunda asfalt niyə dalğalanır? - (Video)
-
Sabah hava kəskin dəyişəcək: Bakıya yağış, rayonlara qar yağacaq
-
Mətbuat Şurası mediaya çağırış etdi
XƏBƏR LENTİ
-
“Anarın həmin ad günündə iştirakından xəbərdar idik” - Ailədən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb
-
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirilib - (Foto)
-
Boksçumuz ardıcıl üçüncü dəfə Avropa çempionu oldu
-
Yaşlı professorlar gənc müəllimlərin yolunu kəsir? - Ekspertdən açıqlama
-
Bu marşrutların hərəkət sxemi dəyişdirilir
-
Bakı-Şamaxı yolunda asfalt niyə dalğalanır? - (Video)
-
Bakıda tarixi binaya qanunsuz müdaxilə edildi
-
80 yaşlı Ajda Pekkan transparan geyimi ilə diqqət çəkdi (Video)
-
Baş həkimlər işdən azad olundu - (Yenilənib)
-
"Muzeydə kino" layihəsi çərçivəsində Lətif Kərimovun həyatvə yaradıcılığına həsr olunmuş "İşıqlı ilmələr" sənədli filminin nümayişi keçirilib - (Foto)
-
"Fənərbağça"da 2 futbolçu "Şaxtyor"la oyunu buraxacaq
-
Sabah hava kəskin dəyişəcək: Bakıya yağış, rayonlara qar yağacaq
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto)
-
Təyyar Bayramovun 50 illik yubileyinə həsr olunmuş konsert keçirilib - (Foto)
-
Mətbuat Şurası mediaya çağırış etdi
-
Hacı Nuranın səhhəti pisləşdi: Əməliyyat olunacaq
-
Güləşçimizə ağır cəza: Qanında qadağan olunmuş maddə tapıldı
-
“Barselona” Bakını dünyaya belə göstərdi - (Video)
-
Daha 90 mənzil satışa çıxarılır: Aylıq ödəniş 445 manatdan başlayır
-
Nazirlikdən əhaliyə xəbərdarlıq: Sabah bu təhlükələr gözlənilir
-
Azərbaycan muğamı Pakistan səhnəsində böyük rəğbətlə qarşılanıb - (Foto)
-
Məşhur aktyor xanımı Dua Lipanı Nesrin Cavadzadə ilə səhv saldı - (Video)
-
Azərbaycan Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənəd imzalayıb - (Foto)





