Yaşlı professorlar gənc müəllimlərin yolunu kəsir? - Ekspertdən açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda orta məktəb müəllimləri 65 yaşına çatdıqda pensiyaya çıxırlar. Lakin universitetlərdə vəziyyət fərqlidir. Belə ki, ali təhsil müəssisələrinin əksəriyyətində müəllimlər nəinki 65, hətta 70-80 yaşları tamam olsa belə, fəaliyyətlərini davam etdirirlər. Bu isə bəzi gənc müəllimlərdə narazılıq yaradır. Onların fikrincə, belə hallar onların tam ştatla işləməsinə mane olur.
Milli.Az xəbər verir ki, yaxın günlərdə Azərbaycanda ən yaşlı universitet müəlliminin 97 yaşı tamam olub. Onun hələ də universitetdə fəaliyyət göstərməsi müzakirələr yaradıb. Bəziləri düşünürlər ki, illərin təcrübəsinə malik müəllimlər tələbələrə xeyli faydalı biliklər ötürə bilərlər, ancaq bu, bəzən gənclərin akademik fəaliyyətinə mane olur və bu sahəyə marağı azaldır.
Bu sahədə hansı addımlar atıla bilər?
Məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirib ki, universitetlərdə daha çox gənc kadrlara yer verilməsinin tərəfdarıdır: "Yaşlı nəslin, təcrübəli müəllimlərin özünəməxsus bilik və təcrübəsi var. Onları qətiyyən kənara qoymaq olmaz. Çünki illər ərzində böyük əmək sərf edərək gənc nəsil yetişdiriblər. Lakin etiraf etmək lazımdır ki, müəyyən yaşdan sonra əmək fəaliyyətini davam etdirmək bir qədər çətinləşir.
Düşünürəm ki, gənc nəslin yetişməsinə, inkişafına və ali təhsil müəssisələrində fəaliyyət göstərməsinə dəstək verilməlidir. Müəllimlər müəyyən yaşdan sonra təqaüdə çıxmalı, istirahət etməlidirlər".
Ekspert məsələyə müasir dövrün dəyişən texnoloji tələbləri baxımından yanaşıb:
"Texnologiya və süni intellekt həyatımızın ayrılmaz hissəsinə çevrilib. 70 yaşlı professorlarla 45-50 yaşlı professorları bir araya gətirib onların müasir dövrün tələblərinə, texnoloji avadanlıqlarla işləmək bacarığına nə dərəcədə bələd olduqlarını araşdırsaq, gənc nəslin bu sahədə üstünlüyü aydın görünəcək. Məhz buna görə də dövrün tələblərinə uyğun olaraq, gənclərin ali təhsil müəssisələrində fəaliyyət göstərməsinə şərait yaradılmalı və bu istiqamətdə konkret addımlar atılmalıdır.
Hesab edirəm ki, Azərbaycanda təkpilləli doktorantura sisteminə keçilməli və birbaşa elmlər doktoru elmi dərəcəsinin alınmasına imkan yaradılmalıdır. İkipilləli doktorantura sistemi gənc mütəxəssislərin, magistrantların, doktorantların alim, akademik və professor kimi yetişməsinə müəyyən qədər mane olur. Bu istiqamətdə müvafiq addımlar atılmalıdır".
Ramin Nurəliyev qeyd edib ki, universitetlərdə gənc kadrların azlığı abituriyentlərin ixtisas seçiminə də təsir göstərir:
"Bəzi abituriyentlər universitetlərdə yaşlı kadrların çoxluğunu əsas gətirərək orada təhsil almaq istəmədiklərini bildirirlər.
Süni intellekt və texnologiya dövründə yaşayırıq. Buna görə də müasir bilik və bacarıqlara yiyələnmiş, əyani vəsaitlərlə işləməyi bacaran, yeni tədris metodlarına bələd olan şəxslərin ali təhsil müəssisələrində fəaliyyət göstərməsinə ehtiyac var.
Müəllimin yaşından daha çox, onun peşəkarlığı və tədrisin keyfiyyəti əsas götürülməlidir. Tutaq ki, müəllimin 70 yaşı var və professordur. Bu, onun fəaliyyətini davam etdirməsi üçün əsas meyar olmamalıdır. Elə gənc müəllimlər var ki, onların dövrün tələblərinə uyğun bilik və bacarıqları, eləcə də öyrətmə qabiliyyəti 70 yaşlılardan daha yüksəkdir. Bu baxımdan, tədris prosesində yaş amilindən daha çox, bilik və bacarıqlar ön plana çəkilməlidir".
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Yaşlı professorlar gənc müəllimlərin yolunu kəsir? - Ekspertdən açıqlama
-
Bu marşrutların hərəkət sxemi dəyişdirilir
-
Bakı-Şamaxı yolunda asfalt niyə dalğalanır? - (Video)
-
Sabah hava kəskin dəyişəcək: Bakıya yağış, rayonlara qar yağacaq
-
Mətbuat Şurası mediaya çağırış etdi
-
Daha 90 mənzil satışa çıxarılır: Aylıq ödəniş 445 manatdan başlayır
XƏBƏR LENTİ
-
Yaşlı professorlar gənc müəllimlərin yolunu kəsir? - Ekspertdən açıqlama
-
Bu marşrutların hərəkət sxemi dəyişdirilir
-
Bakı-Şamaxı yolunda asfalt niyə dalğalanır? - (Video)
-
Bakıda tarixi binaya qanunsuz müdaxilə edildi
-
80 yaşlı Ajda Pekkan transparan geyimi ilə diqqət çəkdi (Video)
-
Baş həkimlər işdən azad olundu - (Yenilənib)
-
"Muzeydə kino" layihəsi çərçivəsində Lətif Kərimovun həyatvə yaradıcılığına həsr olunmuş "İşıqlı ilmələr" sənədli filminin nümayişi keçirilib - (Foto)
-
"Fənərbağça"da 2 futbolçu "Şaxtyor"la oyunu buraxacaq
-
Sabah hava kəskin dəyişəcək: Bakıya yağış, rayonlara qar yağacaq
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto)
-
Təyyar Bayramovun 50 illik yubileyinə həsr olunmuş konsert keçirilib - (Foto)
-
Mətbuat Şurası mediaya çağırış etdi
-
Hacı Nuranın səhhəti pisləşdi: Əməliyyat olunacaq
-
Güləşçimizə ağır cəza: Qanında qadağan olunmuş maddə tapıldı
-
“Barselona” Bakını dünyaya belə göstərdi - (Video)
-
Daha 90 mənzil satışa çıxarılır: Aylıq ödəniş 445 manatdan başlayır
-
Nazirlikdən əhaliyə xəbərdarlıq: Sabah bu təhlükələr gözlənilir
-
Azərbaycan muğamı Pakistan səhnəsində böyük rəğbətlə qarşılanıb - (Foto)
-
Məşhur aktyor xanımı Dua Lipanı Nesrin Cavadzadə ilə səhv saldı - (Video)
-
Azərbaycan Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənəd imzalayıb - (Foto)
-
Diabet xəstələrinə şad xəbər: Yeni təminat qaydaları təsdiqləndi
-
Sürücülər bu hərəkətə görə 50 manat cərimələnəcək
-
“Barselona”nın Bakı səfərindən ilk görüntülər yayıldı - (Video)
-
Bakıda 29 yaşlı oğlan küçədə öldü





