İdman

Boksçumuz ardıcıl üçüncü dəfə Avropa çempionu oldu

24 Noyabr 2026 18:11
Baxış: 68
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Xorvatiyanın Poreç şəhərində U-23 Avropa çempionatının qalibi olub. 50 kq çəki dərəcəsində mübarizə aparan millinin lideri finalda Tevfik Akkası (Türkiyə) məğlub edib.

Azərbaycan Boks Federasiyasından Milli.Az-a verilən məlumata görə, B.Nəzərov 5:0 (29:28, 29:27, 30:25, 30:27, 29:26) hesabı ilə qələbə qazanaraq Avropa çempionu tituluna yiyələnib. O, bununla da Azərbaycan boksunda yeni tarix yazıb. Millimizin heyətində gənclər arasında yeganə ikiqat Avropa çempionu olan Bilalhəbaşi Nəzərov ardıcıl üçüncü dəfə qitənin ən güclüsü adına layiq görülüb. 19 yaşlı boksçu 2024-cü ildə məhz Poreçdə, bir il sonra Ostravada da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bununla da yığmamızın yarışdakı medallarının sayı 3-ə çatıb. Daha öncə Zidan Hünbətovla (55 kq) Məhəmmədəli Aşırəliyev (60 kq) Avropa çempionatını bürünc mükafatla başa vurublar.

Qeyd edək ki, 39 ölkədən 276 boksçunun qatıldığı yarışda bu gün Nicat Alırzayev (70 kq) də final döyüşünə çıxacaq.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.