Bir erməni ailəsi və yurdundan qovulmuş yüz minlərlə azərbaycanlı: Elçin Alıoğlu Meksikada erməniyönlü jurnalistə qarşı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Meksikanın "El Heraldo de México" qəzeti Trend agentliyinin direktor müavini, Baku Network analitik platformasının rəhbəri Elçin Alıoğlunun "Cənubi Qafqazda sülh birtərəfli narrativlər deyil, tarixi dəqiqlik tələb edir" sərlövhəli məqaləsini dərc edib. Köşə yazısı həmin nəşrdə noyabrın 16-da çıxmış və bir erməni ailəsinin ifadələri üzərində qurulmuş "Artsaxlılar - sərhəd müharibəsinin qurbanları" adlı reportaja cavabdır. Reportajın müəllifi, meksikalı jurnalist Mariel Penya (Mariel Peña) erməniyönlü mövqeyi ilə tanınır. Onun materialı ilə bu linkdən tanış olmaq olar: https://heraldodemexico.com.mx/edicion-impresa/2026/11/16/artsajis-victimas-de-la-guerra-fronteriza-2919702.html
"Dinc əhalinin çəkdiyi ağrı həmişə hörmətə layiq olsa da, mətn hadisələrin xronologiyasını təhrif edən və yüz minlərlə azərbaycanlının zorla yerindən didərgin salınmasının üstündən sükutla keçən birtərəfli narrativ qurur", - deyə müəllif yazır.
Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindəki mübahisəni "sərhəd müharibəsi" adlandırmaq və 2020-ci ilin hadisələrini 2023-cü ilin hadisələri ilə qarışdırmaq yanlışdır. Rusiya sülhməramlıları bölgəyə yalnız 44 günlük müharibənin yekunlarına əsasən, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra gəliblər. 2023-cü ilin sentyabrında isə Azərbaycan bir sutkadan da az müddətdə antiterror tədbirləri həyata keçirib, bunun ardınca separatçı qurum buraxılıb. 2023-cü il oktyabrın 1-də BMT missiyası atəşkəsdən sonra dinc əhaliyə qarşı zorakılıq barədə heç bir məlumat almadığını təsdiqləyib.
Alıoğlu "blokada" tezisini də rədd edir: Laçındakı sərhəd-buraxılış məntəqəsi qanuni idi və BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi 2023-cü ilin iyulunda onun ləğv edilməsini tələb etməyib. Ağdam üzərindən keçən alternativ humanitar marşrutu isə separatçıların özləri beton bloklarla bağlayıblar.
"Azərbaycan 'işğalı'ndan danışmaq hüquqi nonsensdir. Dövlət öz suveren ərazisini işğal edə bilməz", - deyə müəllif vurğulayır və xatırladır ki, 2023-cü il mayın 22-də Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın 86,6 min kvadrat kilometrlik ərazisinə Qarabağın da daxil olduğunu etiraf edib. Əsl işğalı təxminən otuz il ərzində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrini pozan erməni silahlı qüvvələri həyata keçirib. Məqalədə qeyd olunur ki, Qarabağ, ilk növbədə isə Şuşa, Azərbaycan musiqisinin və poeziyasının tarixi beşiyidir.
Müəllif 1947-1953 və 1987-1989-cu illərdə Ermənistandan qovulmuş yüz minlərlə azərbaycanlını, Qarabağdan olan məcburi köçkünləri və 1992-ci ilin fevralında törədilmiş Xocalı qırğınının qurbanlarını xatırladır. Bu faciə 2011-ci ildə Meksika Senatının və Deputatlar Palatasının qətnamələri ilə soyqırımı kimi tanınıb. Onun xatirəsini Mexikodakı Tlaşkoake-Xocalı meydanı yaşadır. Təkcə 2020-ci ildən bəri işğal illərində basdırılmış minaların qurbanı olanların sayı 443 nəfərə çatıb.
"Bu gün Bakı və İrəvan davamlı sülhə doğru irəlilədiyi bir vaxtda <...> Meksika ictimaiyyəti yarımçıq hekayətlərə deyil, tarixi dəqiqliyə və tam yaddaşa layiqdir", - deyə Alıoğlu yekunlaşdırır. O, 2025-ci ilin avqustunda Vaşinqtonda paraflanmış sazişə, eləcə də 2026-cı ilin iyun seçkilərindən sonra Ermənistanda yaranmış yeni siyasi vəziyyətə istinad edir.
Məqalənin tam mətni ilə bu linkdən tanış olmaq olar: https://heraldodemexico.com.mx/opinion/2026/11/24/una-paz-en-el-caucaso-sur-exige-rigor-historico-no-narrativas-parciales-2922950.html
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Bir erməni ailəsi və yurdundan qovulmuş yüz minlərlə azərbaycanlı: Elçin Alıoğlu Meksikada erməniyönlü jurnalistə qarşı
-
Ayın 26-da 3 dərəcə şaxta olacaq - Proqnoz verildi
-
Bazarlarda xurma bu qiymətə satılır
-
2 min il əvvəl burada kimlər yaşayıb? - Beyləqanda qədim izlər tapıldı
-
Bu gün bəzi ərazilərdə qaz olmayacaq
-
Qazinin 30 il aldığı müavinət niyə kəsilib? - (Video)
XƏBƏR LENTİ
-
Bir erməni ailəsi və yurdundan qovulmuş yüz minlərlə azərbaycanlı: Elçin Alıoğlu Meksikada erməniyönlü jurnalistə qarşı
-
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - (Foto)
-
Ayın 26-da 3 dərəcə şaxta olacaq - Proqnoz verildi
-
Noyabrın sonundan həyatı dəyişəcək bürclər: Sizi nə gözləyir?
-
Bazarlarda xurma bu qiymətə satılır
-
Lotereyadan bir milyon uddu, saxlanıldı
-
İvan Perişiç Çempionlar Liqasının tarixinə düşdü
-
İrəvan Bakı ilə Naxçıvanı birləşdirəcək dəmir yolunun tikintisinə başlayır
-
“Dünya Gözəli” seçildi - (Fotolar)
-
Pezeşkian Xameneinin məzarı önündə ağladı - (Video)
-
2 min il əvvəl burada kimlər yaşayıb? - Beyləqanda qədim izlər tapıldı
-
Yardımlıda 7 yaşlı uşaq su hövzəsində boğularaq öldü
-
Bu gün bəzi ərazilərdə qaz olmayacaq
-
ABŞ-da təyyarə qəzaya uğradı - 6 nəfər öldü
-
1,4 milyon manatlıq yanacaq kimlərin cibinə gedib? - 15 nəfərlik cinayət işi
-
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edildi
-
Tramp hind toyuqlarını əfv edib - (Video/Foto)
-
Aygün Əliyeva vəfat etdi
-
Qazinin 30 il aldığı müavinət niyə kəsilib? - (Video)
-
Andrey Arşavin “Sabah”-“Barselona” matçı üçün Bakıya gəldi
-
Azərbaycanda bu qurum ləğv edildi
-
Hava ilə bağlı son məlumat
-
Brilliant Dadaşova: “Oğlum deyirdi ki, yaxınlaşma mənə...” (Video)
-
Kəlbəcərin inkişafı təkcə dağıdılmış infrastrukturun bərpası ilə məhdudlaşmır - Kamaləddin Qafarov





