Cəmiyyət

Bazarlarda xurma bu qiymətə satılır

25 Noyabr 2026 11:59
Baxış: 198
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Tovuzda xurma yığımına başlanılıb. Bu il məhsul bağlarda boldur. Ancaq fermerlər üçün əsas problem məhsulu yetişdirmək yox, satmaqdır. 

Bəs xurmaya tələbat necədir? 

Milli.Az xəbər verir ki, daxili bazarda tələbat zəif, ixrac imkanları isə məhduddur. Nəticədə bol məhsul gözlənilən qazancı gətirmir.

Fermerlərin əsas satış ünvanı Rusiyadır. Bir yeşik xurma ölçüsündən asılı olaraq 4-5 manata satılır. İxracda yaranan çətinliklər və müharibənin təsiri satışa və qiymətə də təsir edib. Vaxtında satılmayan məhsulun isə xarab olma ehtimalı var. 

Daxili bazarlarda da vəziyyət heç də ürəkaçan deyil. Alıcılar meyvənin daha çox yumşalmışına üstünlük verirlər. Bu isə fermerlərin məhsullarını tez satmaq imkanlarını məhdudlaşdırır. 

Məsələ ilə bağlı Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin məlumatına görə, rayonda xurma bağlarının sahəsi 815.3 ha-dır.Məhsulun təxminən 80 faizi xaricə göndərilir. 

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.