Hadisə

Azərbaycanda doğulan oğlu müharibədə öldü - Anası olduğunu sübut edə bilmədi

25 Noyabr 2026 12:59
Baxış: 152
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rusiyanın Krasnoyarsk diyarında yaşayan qadının Rusiya-Ukrayna müharibəsində həlak olan oğlu ilə qohumluq əlaqəsi məhkəmə tərəfindən təsdiqlənib.

"Severokraya" nəşrinin məlumatına görə, qadınla oğlunun fərqli soyad daşıması səbəbindən onun anası olduğunu sənədlərlə sübut edə bilməyib.

O bu səbəbdən oğlunun müharibə iştirakçısı kimi ölümünə görə nəzərdə tutulan sosial ödənişləri və güzəştləri rəsmiləşdirməkdə çətinlik çəkib.

Məlumata görə, qadının oğlu Azərbaycanda doğulub. Anası ailə qurduqdan sonra öz soyadını dəyişməyib.

Daha sonra ailə Taymıra qayıdıb. Oğlan anası, qardaş və bacıları ilə birlikdə Novaya və Xeta yaşayış məntəqələrində böyüyüb.

Qadın Krasnoyarsk diyarının prokuroruna şəxsi qəbul zamanı müraciət edib. Bundan sonra məsələ Taymır rayon prokurorluğunun nəzarətinə götürülüb. Prokurorluq qohumluq əlaqəsini təsdiqləyən sübutları toplayaraq məhkəməyə müraciət edib.

Məhkəmə prosesində şahidlər də dindirilib və nəticədə ana ilə oğul arasındakı qohumluq faktı təsdiqlənib.

Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra prokurorluq sosial dəstək tədbirlərinin rəsmiləşdirilməsi üçün sənədlərin müvafiq qurumlara təqdim edilməsinə kömək edəcək.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.