Gənc ailələrə dəstəkdə yeni mərhələ: ehtiyaclar dəqiq müəyyənləşdiriləcək
Sosial şəbəkələrdə nümayiş etdirilən süni həyat tərzi, reallıqdan uzaq münasibət modelləri və başqalarının həyatı ilə davamlı müqayisələr ailələrdə əsassız gözləntilər və narazılıqlar yaradır. Bu amillər ailədaxili münaqişələri dərinləşdirə və ailə münasibətlərinə mənfi təsir göstərə bilər.
Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, deputat Mehriban Vəliyeva deyib.
O bildirib ki, gender bərabərliyinin təmin olunması, ailə institutunun qorunması və demoqrafik inkişaf Azərbaycanın dövlət siyasətinin mühüm prioritetlərindəndir. Bu məsələlərə yalnız sosial siyasətin tərkib hissəsi kimi deyil, həm də milli-mənəvi dəyərlərin qorunması, cəmiyyətin sağlam inkişafı və gələcək nəsillərin təhlükəsizliyinin təmin olunması baxımından yanaşılmalıdır.
O qeyd edib ki, qadın hüquqlarının qorunması, gender bərabərliyinin təmin edilməsi və ailə dəyərlərinin təşviqi dövlət siyasətinin mühüm istiqamətlərindəndir.
M.Vəliyeva Milli Məclisin bu sahədə həyata keçirdiyi qanunvericilik fəaliyyətinin də xüsusi əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, gender bərabərliyinin təmin edilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığının qarşısının alınması və ailə münasibətlərinin hüquqi tənzimlənməsi istiqamətində qəbul edilən qanunlar mühüm hüquqi təminatlar yaradır.
O, xüsusilə yaxın qohumlar arasında nikahların qadağan edilməsinə dair qanunvericilik dəyişikliklərinin gələcək nəsillərin sağlamlığının qorunması baxımından strateji əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Deputatın fikrincə, bu addım irsi xəstəliklər və genetik risklərlə bağlı təhlükələrin azaldılmasına, sağlam uşaqların dünyaya gəlməsi üçün daha əlverişli zəmin yaradılmasına xidmət edir.
"Əslində, bu qərar yalnız bugünkü ailələrin deyil, gələcək nəsillərin sağlamlığına yönəlmiş məsuliyyətli dövlət siyasətinin ifadəsidir", - deyə o bildirib.
M.Vəliyeva ailə institutunun qarşılaşdığı müasir çağırışlara da xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, bu gün sosial şəbəkələr ailə münasibətlərinə təsir göstərən ciddi amillərdən birinə çevrilib.
Onun sözlərinə görə, virtual məkanda nümayiş etdirilən süni həyat tərzi, reallıqdan uzaq münasibət modelləri və başqalarının həyatı ilə davamlı müqayisələr ailələrdə əsassız gözləntilər və narazılıqlar formalaşdırır.
Deputat əlavə edib ki, sosial şəbəkələrdə şəxsi həyatın həddindən artıq nümayiş etdirilməsi, virtual münasibətlər, etimadın pozulması və kənar müdaxilələr də ailədaxili münaqişələri daha da dərinləşdirə bilir.
"Bütün boşanmaları bu amillə əlaqələndirmək doğru olmasa da, onun ailə münasibətlərinə mənfi təsirini ciddi sosial problem kimi qiymətləndirməliyik", - deyə M.Vəliyeva qeyd edib.
O hesab edir ki, ailə münasibətlərinin təməlində qarşılıqlı hörmət, sədaqət, etimad və məsuliyyət dayanmalıdır. Milli-mənəvi dəyərlərin yüksək olduğu, böyüyə hörmətin, valideyn məsuliyyətinin, qarşılıqlı anlayışın və ailə birliyinin qorunduğu ailələr, bir qayda olaraq, daha möhkəm olur.
Deputat vurğulayıb ki, milli dəyərlər yalnız keçmişdən gələn ənənə kimi deyil, müasir cəmiyyətin mənəvi təhlükəsizliyini təmin edən mühüm dayaq kimi qorunmalıdır.
Eyni zamanda, o diqqətə çatdırıb ki, ailə dəyərlərinin müdafiəsi qadın və uşaqların hüquqlarının qorunması, zorakılığa və ayrı-seçkiliyə qarşı prinsipial mövqe ilə uzlaşmalıdır.
M.Vəliyevanın sözlərinə görə, demoqrafik vəziyyətin yaxşılaşdırılması da kompleks yanaşma tələb edir. Bunun üçün gənc ailələrin mənzil və məşğulluq imkanlarının genişləndirilməsi, uşaqlı ailələrə sosial dəstəyin artırılması, məktəbəqədər təhsil xidmətlərinin əlçatanlığının təmin edilməsi və işləyən valideynlər üçün əlverişli şəraitin yaradılması vacibdir.
O bildirib ki, ailə qurmaq və övlad sahibi olmaq insanların gələcəyə inamı, sosial təminatı və təhlükəsizlik hissi ilə birbaşa bağlıdır.
Deputat bu sahədə ictimai maarifləndirmənin də gücləndirilməsinin vacibliyini qeyd edib. Onun fikrincə, təhsil müəssisələrində ailə məsuliyyəti, valideynlik mədəniyyəti, gender bərabərliyi və rəqəmsal təhlükəsizlik məsələləri sistemli şəkildə təbliğ olunmalıdır.
M.Vəliyeva hesab edir ki, media və sosial platformalar ailə institutunu zəiflədən stereotiplərin deyil, sağlam münasibətlərin, qarşılıqlı hörmətin və milli-mənəvi dəyərlərin təşviqinə xidmət etməlidir.
Deputat əminliyini ifadə edib ki, gender bərabərliyi, güclü ailə və sağlam demoqrafik inkişaf bir-birini tamamlayan strateji istiqamətlərdir.
"Əsas vəzifəmiz müasir çağırışlara uyğun inkişaf etməklə yanaşı, milli-mənəvi dəyərlərimizi qorumaq, sağlam ailə modelini təşviq etmək və gələcək nəsillərə güclü cəmiyyət miras qoymaqdır", - deyə M.Vəliyeva əlavə edib.
DİGƏR XƏBƏRLƏR
-
Gənc ailələrə dəstəkdə yeni mərhələ: ehtiyaclar dəqiq müəyyənləşdiriləcək
-
Prezident İlham Əliyevin sosial media hesablarında Litva Respublikasının xarici işlər naziri Kestutis Budrisi qəbulu ilə bağlı videoçarx paylaşılıb
-
Prezident İlham Əliyev Türkiyənin dövlət və ictimai-siyasi xadimi Hikmət Çətinin ailəsinə başsağlığı verib
-
İdxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarına dəyişiklik edilib - Fərman
-
Kəlbəcər: Tarixi qayıdışdan Böyük Qayıdışa uzanan Zəfər yolu
-
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - (Video/Foto)
XƏBƏR LENTİ
-
Yanvardan pensiyalar bu qədər artacaq - Yeni xəbər
-
Rusiyada azərbaycanlı iş adamına 6 milyondan çox cərimə kəsildi
-
Gənc ailələrə dəstəkdə yeni mərhələ: ehtiyaclar dəqiq müəyyənləşdiriləcək
-
Hava ilə bağlı son məlumat - (Yenilənib)
-
Zaqatalada yaşlı kişi müəmmalı şəkildə yoxa çıxdı
-
Ronaldonun azarkeşlərinə jesti diqqət çəkdi (Video)
-
Bakıda qadın hamamda öldü
-
“Turan Tovuz”un məşqçisi 3 oyunluq cəzalandırıldı
-
Röya: "Dilim acıdır, bir söz deyirəm, səhərə qədər Allaha yalvarıram"
-
Gələn ildən ailələrlə bağlı yeni qayda: Hər kəsin məlumatı...
-
Sumqayıtda dənizdə batan gəncin meyiti tapıldı
-
ABŞ-dən vətəndaşlarına Ukrayna ilə bağlı xəbərdarlıq
-
AAAF Parkda təhlükəli mənzərə: Tikinti ayaqaltıları standartlara uyğun deyil? - (Foto)
-
Bakıya dolu yağır - (Video)
-
Müharibə veteranlarına hansı güzəştlər edilir?
-
Ada Süleymanovanın doğum günündə Anarın yer aldığı görüntü - (Video)
-
Şəfqətin kölgəsi: Akademik Adilə Namazova - 100 - (Foto)
-
Hacıqabulda kürəkən qayınatasını öldürdü
-
Azərbaycanda “Temu”ya qarşı iş başlana bilər - Səbəb
-
3-cü dəfə evləndi: İki xanımı xeyir-duaya gəldi (Video)
-
Bakıda iki azyaşlı bacının ölümü ilə bağlı TƏBİB-dən açıqlama
-
Müğənni Nəfəsə ağır itki
-
İslam Rzayevin əmlaklarına həbs qoyuldu - Siyahı
-
Prezident İlham Əliyevin sosial media hesablarında Litva Respublikasının xarici işlər naziri Kestutis Budrisi qəbulu ilə bağlı videoçarx paylaşılıb





