Şou-biznes

Müğənni Nəfəsə ağır itki

25 Noyabr 2026 15:21
Baxış: 261
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Tanınmış müğənni Nəfəsin ailəsində bir neçə gün əvvəl yaşanan ağır hadisə ölümlə nəticələnib.

Milli.Az xəbər verir ki, müğənninin Türkiyənin İzmir şəhərində xəstəxanada müalicə alan ögey atası dünyasını dəyişib.

Bu barədə Nəfəsin müğənni bacısı Fatimə Məmmədli Expressxeberler.az-a məlumat verib.

Xatırladaq ki, iki gün əvvəl Fatimə Məmmədli atasının mədə xərçəngindən əziyyət çəkdiyini, vəziyyətinin ağırlaşdığını və beyin ölümünün baş verdiyini bildirmişdi. Həmin vaxt həkimlər ailəyə onun həyatını itirə biləcəyi ilə bağlı iki gün ərzində gözlənilən hadisələrə hazır olmağı tövsiyə etmişdilər.

Fatimə daha əvvəl paylaşımında həmin şəxsin onun və bacı-qardaşlarının doğma atası olmasa da, onlara heç vaxt atasızlıq hiss etdirmədiyini vurğulamışdı.

Allah rəhmət eləsin!

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.