Hadisə

İsmayıllıda traktor iki hissəyə parçalandı, 4 yaralı var - (Foto)

25 Noyabr 2026 20:54
Baxış: 118
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qəza rayonun Topçu kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "BYD" markalı minik avtomobili yol kənarında dayanmış traktora çırpılıb.

Güclü zərbənin təsirindən traktor iki yerə bölünüb. Hadisə nəticəsində 4 nəfər xəsarət alaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

İlkin məlumata görə, həkim müayinəsindən sonra xəsarət alan şəxslərə ambulator tibbi yardım göstərilib və onlar evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.