Texnologiya

Azərbaycan mobil internet sürətinə görə dünyada 47-ci yerdədir

25 Noyabr 2026 20:00
Baxış: 141
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan mobil internetin orta yükləmə sürətinə görə dünyada 47-ci yerdə qərarlaşıb. Ölkədə bu göstərici 98,9 Mbit/s təşkil edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, mobil internetin sürətinə görə, dünyada ilk sırada 681,1 Mbit/s göstərici ilə Birləşmiş Ərəb Əmirlikləri qərarlaşıb. İkinci yerdə Qətər (526,4 Mbit/s), üçüncü yerdə isə Küveyt (410,8 Mbit/s) yer alıb.

Reytinqdə Gürcüstan 147,5 Mbit/s göstərici ilə 21-ci, Türkiyə 129,4 Mbit/s ilə 32-ci, Azərbaycan 98,9 Mbit/s ilə 47-ci, Ermənistan isə 75,9 Mbit/s ilə 60-cı yerdədir.

Beləliklə, Azərbaycan mobil internetin orta yükləmə sürətinə görə regionun qonşu ölkələri arasında Türkiyə və Gürcüstandan geri, Ermənistandan isə öndə qərarlaşıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.