Cəmiyyət

Murad Süleymanov vəzifəsindən azad edildi

25 Noyabr 2026 18:21
Baxış: 97
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) direktoru Murad Süleymanov işdən çıxarılıb.

Milli.Az "Teleqraf"a istinadən xəbər verir ki, o, səhiyyə naziri Anar Bayramovun əmri ilə işdən azad olunub.

Nazirliyin Analitik Ekspertiza Mərkəzi ölkədə dərman vasitələrinin qeydiyyatı, idxalına icazələrin verilməsi, aptek şəbəkəsində dərman dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, eləcə də özəl tibb və əczaçılıq müəssisələrinin fəaliyyətinə nəzarət kimi mühüm funksiyaları həyata keçirən qurumdur.

Xatırladaq ki, Murad Süleymanov daha əvvəl Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsində rəis müavini vəzifəsində çalışıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.