iPhone istifadəçiləri bu funksiyanı mütləq aktivləşdirin
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
iPhone istifadəçilərinə telefonlarının təhlükəsizliyini artırmaq üçün vacib xəbərdarlıq edilib. Mütəxəssislər bildirirlər ki, yalnız ekran şifrəsindən istifadə etmək şəxsi məlumatları qorumaq üçün kifayət deyil. Bunun üçün telefonun ayarlarında xüsusi təhlükəsizlik funksiyasını aktivləşdirmək lazımdır.
Milli.Az xəbər verir ki, iPhone sahiblərinə "Stolen Device Protection" (oğurlanmış cihazın qorunması) funksiyasını aktivləşdirməyi tövsiyə edilib.
iOS 17.3 versiyasından etibarən istifadəyə verilən bu funksiya telefon oğurlandıqda şəxsi məlumatların və bank hesablarının qorunmasına kömək edir.
Bu funksiya necə işləyir?
Mütəxəssislərin sözlərinə görə, cinayətkarlar bəzən ictimai yerlərdə insanların telefon şifrəsini izləyir, daha sonra isə cihazı oğurlayırlar. Şifrəni bilən şəxs telefondakı şəxsi məlumatlara və müxtəlif hesablara giriş əldə etməyə cəhd göstərə bilər.
"Oğurlanmış cihazın qorunması" funksiyası isə bunun qarşısını almaq üçün əlavə təhlükəsizlik tədbirləri tətbiq edir.
Telefon ev və ya iş yeri kimi tanış məkanlardan kənarda olduqda saxlanılmış şifrələrə və bəzi mühüm məlumatlara giriş üçün Face ID və ya Touch ID təsdiqi tələb olunur. Bu zaman adi ekran şifrəsindən istifadə etmək mümkün olmur.
Apple hesabının şifrəsini dəyişmək və digər mühüm təhlükəsizlik ayarlarını yeniləmək üçün isə əlavə yoxlama tətbiq edilir. İstifadəçi biometrik təsdiqdən keçməli, bir saat gözləməli və şəxsiyyətini yenidən təsdiqləməlidir.
Bu müddət telefon sahibinə cihazı itirilmiş kimi işarələmək və hesabını qorumaq imkanı yaradır.
iPhone-da bu funksiyanı necə aktivləşdirmək olar?
Funksiyanı aktivləşdirmək üçün aşağıdakı addımları yerinə yetirmək lazımdır:
1. Telefonun "Ayarlar" (Settings) bölməsinə daxil olun.
2. "Face ID və şifrə" (Face ID & Passcode) bölməsini açın.
3. Ekran şifrənizi daxil edin.
4. "Stolen Device Protection" bölməsini tapın.
5. Funksiyanı aktivləşdirin.
Burada təhlükəsizlik yoxlamalarının yalnız tanış məkanlardan kənarda və ya hər zaman tətbiq olunmasını seçmək mümkündür. "Always" (Həmişə) seçimi daha yüksək qorunma təmin edir.
Şəxsi məlumatlarınızı qorumaq üçün bunları da unutmayın
Mütəxəssislər telefonun ekran şifrəsini heç kimlə paylaşmamağı, ictimai yerlərdə şifrə daxil edərkən diqqətli olmağı və əməliyyat sistemini mütəmadi yeniləməyi məsləhət görürlər.
Qeyd edək ki, bu funksiya iOS 17.3 və daha yeni əməliyyat sistemi ilə işləyən uyğun iPhone modellərində mövcuddur. Onun aktivləşdirilməsi telefon oğurlandıqda şəxsi şəkillərin, hesabların və digər həssas məlumatların qorunmasına əlavə kömək edə bilər. (lent.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
iPhone istifadəçiləri bu funksiyanı mütləq aktivləşdirin
-
Telefon suya düşəndə bu 4 səhvi etməyin
-
İnstaqramda hekayələr üçün yeni funksiya
-
Vatsapda yeni "bənövşəyi" funksiya - (Foto)
-
HONOR Çində bazara liderlik edir: Magic9 seriyası uğurun əsas hərəkətverici qüvvəsidir
-
Pavel Durov: “Hazırda 140 övladım var, 400-ə çatdıracağam"
XƏBƏR LENTİ
-
iPhone istifadəçiləri bu funksiyanı mütləq aktivləşdirin
-
Almanın üzərinə bir çimdik əlavə edin: faydası birə beş artır
-
Elektromobil idarə edənlərə batareya ilə bağlı qızıl məsləhət - (Video)
-
“Mustafa”nın yeni layihəsi bəlli oldu
-
Günün qoroskopu: Hər kəsin yükünü üzərinizə götürməyin
-
Rusiya ilə dost ola bilərik - Zelenski
-
Melaniya Tramp: Ukrayna ilə bağlı yeni razılaşma üzərində işləyirik
-
Saxta pulu həqiqi puldan necə ayırmaq olar? - (Video)
-
“Nvidia”nın həmtəsisçisi vəzifəsinə qayıtdı, bitkoin bahalaşdı
-
Şəmkirdə parçalanmış meyiti tapılan şəxsin kimliyi məlum olub
-
COP31 çərçivəsində mühüm nəticələr əldə olunub - Yalçın Rəfiyev
-
Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı - (Video)
-
Əməkdar müəllim faciəvi şəkildə öldü
-
"Barselona" Bakıya gəlib - (Video)
-
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib - (Foto)
-
Qarabağ Universitetindən tələbələrin davası ilə bağlı açıqlama
-
Sabah Qazaxda qaz kəsiləcək
-
Elmin Fərəcov nazirlikdə Aparat rəhbəri oldu
-
İnterpol iki azərbaycanlı qadını axtarır
-
Sabiq vəzifəli şəxs vəfat etdi
-
Dünyadakı "Barselona" azarkeşləri Bakıda görüşəcək
-
Sabunçuda “Chevrolet” yandı
-
Prodüser Elmir Məhərrəmovun meyiti tapıldı
-
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib - (Video)





