İdman

Hans Flik: "Sabah" qəhrəmancasına mübarizə apardı"

26 Noyabr 2026 00:37
Baxış: 101
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Belə oyunlar futbolçular üçün çətin keçir".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının V turunda keçirilən "Sabah" - "Barselona" oyunundan sonra mətbuat konfransında Kataloniya təmsilçisinin baş məşqçisi Hans Flik deyib.

O, bildirib ki, birinci hissədə oyun istədikləri kimi keçməyib:

"İlk hissədən sonra heyətdə müəyyən dəyişikliklər etdik. Oyunda nəzarətin tam olaraq bizdə olmasından razı qaldım. Buraxdığımız qol səhv nəticəsində oldu. Buna görə də qoldan razı qalmadım. Çox asan epizodda qol buraxdıq. İkinci hissədə oyun daha intensiv keçdi. Nəticədə bizim üçün vacib olan 3 xalı qazandıq. Qələbə qazanmaq heç vaxt asan olmayıb. Bugünki nəticədən razıyam.

"Bizim Bakını çox gəzmək imkanımız olmadı. Buradakı atmosferdən məmnun qaldım. İnsanları çox mehribandırlar. Mənim buraya dördüncü səfərimdir. Burada hər bir sahədə inqilabi dəyişiklikləri gördüm. Bakı şəhəri çox gözəlləşib. "Sabah"in baş məşqçisinin fəlsəfəsi bizə aydındır. Onlar qəhrəmancasına mübarizə apardılar və hər kəsə gözəl oyun izlətdilər. "Sabah" klubuna uğurlar arzu edirəm", - deyə baş məşqçi qeyd edib.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən "Sabah" - "Barselona" qarşılaşması 1:4 hesabı ilə başa çatıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.