Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır - Maka Boçorişvili
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır və iki ölkə uzun illərdir regionda mühüm layihələri birgə həyata keçirir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili ölkənin Birinci Kanalda (1tv.ge) yayımlanan "Günün mövzusu" proqramında bildirib. Onun sözlərinə görə, müasir şəraitdə qlobal çağırışlar və mövcud geosiyasi kontekst fonunda Gürcüstan-Azərbaycan münasibətlərinə, iki ölkə arasındakı dinamikaya və əməkdaşlıq potensialına daha böyük əhəmiyyət verilir.
Boçorişvili qeyd edib ki, iki ölkənin mövcud geosiyasi kontekstdə daha yaxşı təmsil olunması üçün müntəzəm fikir mübadiləsinin aparılması və müxtəlif məsələlər üzərində daim işlənilməsi vacibdir.
"Azərbaycanla strateji tərəfdaşlığımız məzmunca çox zəngindir. Bu tərəfdaşlıq intensiv siyasi dialoqu da əhatə edir. Bu il bir sıra yüksəksəviyyəli dövlət səfərləri həyata keçirilib. Azərbaycan Prezidenti Gürcüstana, Gürcüstanın Baş naziri isə Azərbaycana rəsmi səfər edib. Həmçinin Azərbaycanın Baş nazirinin Gürcüstana səfərləri olub və iki ölkənin müxtəlif sahələr üzrə nazirləri arasında qarşılıqlı səfərlər davam edir", - deyə Boçorişvili bildirib.
Xarici işlər naziri vurğulayıb ki, Gürcüstan-Azərbaycan siyasi dialoqu konkret layihələri, regiondakı mövcud vəziyyəti və iki ölkə arasında əməkdaşlığın potensialını əhatə edir.
Onun sözlərinə görə, nəqliyyat dəhlizinin inkişafı, enerji resurslarının tranziti və digər sahələrdə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.
"Bütün bunlar Orta Dəhlizin inkişafı üçün perspektiv yaradır və bu, çox vacibdir", - Boçorişvili əlavə edib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır - Maka Boçorişvili
-
Gürcüstanda azərbaycanlı iş adamının avtomobili atəşə tutuldu
-
Tbilisidə binada partlayış - 6 nəfərin meyiti çıxarılıb - Yenilənib
-
Gürcüstanda azərbaycanlı iki qardaş qətlə yetirilib - təfərrüat - (Video)
-
Gürcüstanda azərbaycanlı qardaşlar güllələndi
-
Gürcüstandan azərbaycanlılar deportasiya olundu
XƏBƏR LENTİ
-
Hans Flik: "Sabah" qəhrəmancasına mübarizə apardı"
-
Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim
-
Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır - Maka Boçorişvili
-
Əraqçi: İsrail ABŞ-ni daha bir müharibəyə cəlb etmək istəyir
-
Azərbaycanda qadın amansızca döyüldü: Pəncərəsi daşlandı - Yenilənib - (Foto)
-
Qaradağda palçıq vulkanı püskürdü - Yenilənib - (Video)
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub oldu - Yenilənib - (Video)
-
Nazirlər “Sabah” - “Barselona” oyununda - (Video)
-
Yevlaxda yük maşını ilə mikroavtobus toqquşdu: Ölən və yaralanan var
-
Elmira Şabanovanın dəfn yeri açıqlandı - Yenilənib
-
Sabah Qəbələdə qaz olmayacaq
-
Əhməd Talıbov ADSEA-da yeni Aparat rəhbəri oldu
-
Masallıda musiqi müəllimləri və şagirdlər üçün ustad dərsləri keçirilib - (Foto)
-
Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB-dən rəsmi açıqlama
-
İsmayıllıda traktor iki hissəyə parçalandı, 4 yaralı var - (Foto)
-
Azərbaycanlı iş adamı Turqut Hüseynov beynəlxalq uğurlarından danışdı - (Foto/Video)
-
Eldəniz Zeynalovun ailəsinin faciəsi - Evləri satıldı, nəvəsi ağır vəziyyətdədir
-
Azərbaycan mobil internet sürətinə görə dünyada 47-ci yerdədir
-
“Hərbi-vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib - (Foto)
-
Küləklə bağlı xəbərdarlıq
-
Qvardiola İtaliya millisinin təklifindən imtina edib
-
"Qızım məktəbi qızıl medalla bitirib, universitetə qəbul olub" - Manana Çaparidze
-
Mbappe Çempionlar Liqasında Fransa futbol tarixini yenidən yazdı
-
Bakıda avtobuslar üçün xüsusi işıqfor istifadəyə verildi - (Foto/Video)





