Cəmiyyət

Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri bir araya gələcək - (Foto)

26 Noyabr 2026 10:23
Baxış: 104
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Noyabrın 26-27-də Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə geniştərkibli ikitərəfli dəyirmi masa keçiriləcək.

Bu barədə "Sülh körpüsü" təşəbbüsünün mətbuat üçün açıqlamasında bildirilib.

Dəyirmi masa çərçivəsində 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırılmış sülh gündəliyi, Azərbaycan-Ermənistan sülh prosesinin möhkəmləndirilməsi və institusionallaşdırılmasına yönəlmiş təşəbbüslər müzakirə olunacaq.

Görüşdə, həmçinin iki cəmiyyət arasında qarşılıqlı etimadın yaradılması və inkişaf etdirilməsi tədbirləri, Cənubi Qafqazda dayanıqlı iqtisadi əməkdaşlığın, ticarətin və bağlantı marşrutlarının yaradılması imkanları nəzərdən keçiriləcək.

Müzakirələrin gündəliyinə humanitar məsələlər, gənclərlə iş, təhsil sahəsi, eləcə də iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri də daxildir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.