BDU tələbələrindən yeni rektora ilk müraciət - “Heç kim əhəmiyyət vermədi”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Dövlət Universitetinin (BDU) "C" korpusunda təhsil alan tələbələr universitetin yeni rektoru Məleykə Abbaszadəyə açıq müraciət ünvanlayıblar.
Milli.Az Demokrat.az-a istinadən xəbər verir ki, bu, Məleykə Abbaszadənin yeni rektor kimi fəaliyyətinin ilk günlərində tələbələr tərəfindən ünvanlanan ictimai müraciətlərdən biridir.
"Azərbaycan Tələbələri" səhifəsində yayımlanan müraciətdə tələbələr tədris korpusunun ətrafındakı səs-küydən və mövcud şəraitdən narazılıqlarını bildirərək problemin həllinə kömək göstərilməsini istəyiblər.
Tələbələrin sözlərinə görə, magistral avtomobil yolunun səsi, eləcə də korpusun yaxınlığında yerləşən qəssabxana və avtomobil yuma məntəqəsi dərs prosesinə mane olur. Onlar bu vəziyyətin diqqətlərini cəmləmələrinə çətinlik yaratdığını və tədrisin keyfiyyətinə mənfi təsir göstərdiyini qeyd ediblər.
Müraciətdə bildirilib ki, tələbələr əvvəllər də narazılıqlarını ifadə etsələr də, məsələ ilə bağlı hər hansı nəticə əldə olunmayıb.
"Biz dəyərli rektorumuza səsimizi duyurmağa çalışırıq. BDU-nun "C" korpusunun tələbələri olaraq Məleykə xanımın bizi dinləyəcəyini və mövzu ilə yaxından maraqlanacağını bilirik. Düzdür, daha öncə də etirazımızı qeyd etmişdik, amma heç kim əhəmiyyət vermədi", - deyə müraciətdə vurğulanıb.
Tələbələr əlavə ediblər ki, universitetə qəbul olarkən akademik mühit və təhsil şəraiti ilə bağlı gözləntiləri olub. Lakin hazırkı vəziyyət onların bu gözləntilərini doğrultmur. Onların sözlərinə görə, artıq 3-4 aydır bu şəraitdə təhsil almağa məcburdurlar.
Qeyd edək ki, Məleykə Abbaszadə 2026-cı il noyabrın 19-da Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru təyin edilib. Həmin tarixdə Elçin Babayev rektor vəzifəsindən azad olunub. Abbaszadə bundan əvvəl Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
BDU tələbələrindən yeni rektora ilk müraciət - “Heç kim əhəmiyyət vermədi”
-
Daha 5 məktəbə yeni direktor təyin olundu
-
Yasamalda evlər söküləcək - Kompensasiya məbləği açıqlandı - (Foto)
-
Elmira Şabanova ilə vida mərasimi keçirilir - (Yenilənib)
-
Sığınacaqda 9 gündür niyə istilik yoxdur? - Agentlikdən reaksiya
-
Azərbaycanda 190 min nəfərin aldığı ödənişlə bağlı yeni xəbər
XƏBƏR LENTİ
-
Gömrük nəzarətindən gizlədilən qızıl-zinət əşyaları aşkar edildi
-
Senator parlamentə qızı ilə gəldi, həmkarının davranışı diqqət çəkdi - (Video)
-
BDU tələbələrindən yeni rektora ilk müraciət - “Heç kim əhəmiyyət vermədi”
-
"Kurtlar vadisi"nin aktrisası qızı ilə metroda (Video)
-
Bu yeməyi yeməyin - Ölümə səbəb oldu
-
Daha 5 məktəbə yeni direktor təyin olundu
-
Ukrayna dronları lazerlə vurur - Dünyada ilk dəfə - (Video)
-
“Sabah”ın qapıçısı Avropa nəhənglərini geridə qoydu
-
Bakıda tarixi binada qanunsuz dəyişiklik aradan qaldırıldı
-
Yasamalda evlər söküləcək - Kompensasiya məbləği açıqlandı - (Foto)
-
Futbolçu matçdan sonra güllələnərək öldürüldü
-
Elmira Şabanova ilə vida mərasimi keçirilir - (Yenilənib)
-
Sığınacaqda 9 gündür niyə istilik yoxdur? - Agentlikdən reaksiya
-
Azərbaycanda 190 min nəfərin aldığı ödənişlə bağlı yeni xəbər
-
Bakıdakı ABŞ səfirliyi bağlanır
-
Rafael Ağayevin iştirak etdiyi toyda maraqlı anlar (Video)
-
22 min avro ödəyib adlarını dəyişdilər - Bakıda həbs olundular
-
Qonşu ölkədə güclü yanğın - Ölənlər var - (Video)
-
Ata yuxuda olarkən bilmədən körpəsini öldürdü - Məhkəmədən hökm
-
Həmin videodan sonra Pünhanın xanımı ilə Nəfəs bir arada (Video)
-
Güclü yağışdan sonra hava ilə bağlı son məlumat
-
Müəllim olmaq istəyənlərin nəzərinə - İşə qəbulun nəticələri açıqlandı
-
Safurənin mərhum nazirin xanımı olan qayınanası ilə paylaşımı - (Fotolar)
-
İsmayıllıda 28 yaşlı kişi bıçaqlandı





