Hadisə

Ramiz Mehdiyevin apellyasiya şikayəti ilə bağlı qərar verildi

26 Noyabr 2026 14:25
Baxış: 121
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Dövlətçilik əleyhinə və korrupsiya ilə bağlı xüsusilə ağır cinayətlərdə təqsirli bilinən Ramiz Mehdiyev və onun köməkçisi Eldar Əmirovun apellyasiya şikayəti üzrə ilk məhkəmə iclası keçirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Emin Əliyevin sədrliyi ilə baş tutan iclasda şikayətin dəlilləri araşdırılıb, müvafiq vəsatətlər dinlənilinib və ardınca iş baxışa verilib.

Qeyd edək ki, uzun illər Prezident Administrasiyasının rəhbəri kimi mühüm posta rəhbərlik etmiş Ramiz Mehdiyevin cinayət əməlləri ötən il ifşa olunub. DTX onun dövlət çevrilişinə cəhd etməsi ilə bağlı səsyazılarını yayıb.

Ötən ay çıxarılan hökmlə Mehdiyev hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlərdə, dövlətə xəyanətdə, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasında və külli miqdarda rüşvət almaqda təqsirli bilinib. Yaşı və xəstəliyi nəzərə alınaraq ona 14 il şərti cəza verilib. Hökmlə, həmçinin dövlət təltiflərindən məhrum edilməsi üçün təqdimat göndərilməsi, üzərinə həbs qoyulmuş əmlakın müsadirəsi qərara alınıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.