Qızıl ucuzlaşdı: Azərbaycanda 1 qramı neçəyə satılır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünya bazarında qızıl ucuzlaşır. Qiymətlər son günlər kəskin geriləyərək son 14 ayın minimumuna yaxınlaşıb. Bir həftə ərzində təxminən 9 faiz ucuzlaşan qiymətli metalın bazardakı enişinə dolların möhkəmlənməsi və ABŞ-də faiz artımı gözləntiləri təsir göstərib.
Bəs, dünya bazarındakı bu ucuzlaşma Azərbaycan alıcısının da cibinə çatırmı?
Milli.Az xəbər verir ki, hazırkı qiymətlərdən razıyıq. Hazırda nə almışıqsa, almışıq. Qiymətlərin düşməsi yatırım məqsədilə və satış üçün yararlı qızıl əldə etmək baxımından çox sərfəlidir.
Bir sözlə, Azərbaycan bazarında da qızılın qiymətində eniş müşahidə olunur.
Noyabrın əvvəlində 585 əyarlı qızıl zinət əşyalarının bir qramı təxminən 150-170 manat, 750 əyarlı məmulatlar 190-220 manat, 999 əyarlı qızıl isə 230-260 manat arasında təklif olunurdu. Hazırda bu qiymətlər müvafiq olaraq 130-150, 160-190 və 220-240 manat arasında dəyişir.
Bəs, qiymətlərin enməsi satışlara necə təsir edib?
Satıcıların sözlərinə görə, son iki-üç gündə qızılın qiyməti yaxşıdır. Yəni alıcı üçün sərfəli qiymətdir. Hazırda alsa, daha çox sərf edər. Keçən ayla müqayisədə qızılda xeyli ucuzlaşma var. Bir ay əvvəl 140, 160, 170 manat dəyərində olan qızılın, məsələn, bu gün lomunun qiyməti 125 manatdır. Keçən ay bu vaxtlar isə 140-150 manat civarında idi.
Göründüyü kimi, dünya bazarındakı ucuzlaşma yerli bazara da təsir edir. Ancaq bu dəyişiklik mağazaların vitrinlərində dərhal əks olunmur. Çünki satıcıların əlində əvvəlki qiymətlərlə alınmış məhsullar da var.
Məsələ ilə bağlı "Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin İdarə Heyəti sədrinin müavini, "Qiymətli metallar və qiymətli daşlar" üzrə Texniki Komitənin sədri, iqtisadçı Rövşən Əmircanov bildirib ki, son günlər qızılın ucuzlaşması ABŞ dollarının möhkəmlənməsi, eyni zamanda, ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini artıracağına dair gözləntilər və istiqraz gəlirlərinin yüksəlməsi ilə birbaşa əlaqəlidir:
"Dünya bazarındakı dəyişikliklərin mağazaların vitrin qiymətlərində əks olunması üçün vahid müddət yoxdur. Bu, mağazanın mövcud ehtiyatlarından, məhsulların hansı qiymətə alınmasından, yeni məhsulun əvəzlənmə xərcindən və satıcının qiymət siyasətindən birbaşa asılıdır.
Əvvəlki dövrdə daha yüksək qiymətə alınmış ehtiyatlar satıldıqca dünya bazarındakı ucuzlaşma pərakəndə qiymətlərə dərhal və tam həcmdə ötürülməyə bilər".
Beləliklə, dünya bazarında qızılın ucuzlaşması yerli bazarda da qiymətlərin enməsi üçün zəmin yaradır. Ancaq alıcıların daha sərfəli qiymət gözləntisi ilə satıcıların əvvəlki qiymətlərlə əldə etdikləri məhsulların dəyərini qorumaq istəyi arasında müəyyən fərq var.
Hələlik qızılın qiymətindəki eniş alıcıları sevindirsə də, bazarda yeni qiymətlərin tam formalaşması bir qədər vaxt aparacaq.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ramiz Mehdiyevin apellyasiya şikayəti ilə bağlı qərar verildi
-
İbrahim Selimin evləndikdən 1 il sonrakı halı: "Qocalıb..." (Fotolar)
-
Qızıl ucuzlaşdı: Azərbaycanda 1 qramı neçəyə satılır?
-
Elmira Şabanova dəfn edildi - (Yenilənib)
-
Avtomobilinizdəki bu detalın içində sərvət gizlənir - Çoxları xəbərsizdir
-
Çempionlar Liqasında hakim oyuna sərxoş çıxdı - (Video)
-
Çempionlar Liqasını izləmək üçün Bakıya gəldi, matçda öldü - (Foto)
-
Tanınmış aktyor özündən 26 yaş kiçik xanımı ilə (Video)
-
"Sabah"ın baş məşqçisi təltif olundu (Foto)
-
Daha bir tiktoker saxlanıldı
-
“Tramp marşrutu” ilə bağlı mühüm qərar verildi
-
Elvin Cəfərquliyevdən həmin hesablarla bağlı açıqlama
-
Rusiyada general-polkovnik həbs edildi
-
Bu şəxslərə gündə 100 manat ödəniləcək
-
Özcan Deniz və Deniz Çakırla bağlı qərar verildi
-
“20 Yanvar” metrosunun çıxışında faciə - 41 yaşlı kişi öldü
-
Məhkəmə qərarı var, amma ev boşaldılmır: Sumqayıtda 30 illik qalmaqal
-
Hava kəskin soyuyacaq - 15 dərəcə şaxta
-
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb - (Foto)
-
Gömrük nəzarətindən gizlədilən qızıl-zinət əşyaları aşkar edildi
-
Senator parlamentə qızı ilə gəldi, həmkarının davranışı diqqət çəkdi - (Video)
-
BDU tələbələrindən yeni rektora ilk müraciət - “Heç kim əhəmiyyət vermədi”
-
"Kurtlar vadisi"nin aktrisası qızı ilə metroda (Video)
-
Bu yeməyi yeməyin - Ölümə səbəb oldu





