Cəmiyyət

“Allahdan arzu edirəm ki, birinci mən, sonra arvadım ölsün"

26 Noyabr 2026 16:20
Baxış: 142
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Tibb elmləri namizədi Rəşid Mahmudov şəxsi həyatı ilə bağlı səmimi etirafı ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, tanınmış həkim həyat yoldaşının onun gündəlik həyatındakı əhəmiyyətindən danışaraq xanımsız yaşamağın onun üçün çətin olacağını bildirib.

"Allahdan arzu edirəm, birinci mən ölüm, sonra mənim arvadım. Mənim üçün qadınsız həyat ola bilməz. Xanımsız qalsam, abır-həyam çöldə qalar. Çox pinti adamam. Hər gün paltarım dəyişilir, kostyumum hazır olur. Hər dəqiqə belədir", - deyə Rəşid Mahmudov bildirib.

Həkimin həyat yoldaşına bağlılığını ifadə etdiyi bu sözlər sosial şəbəkələrdə müzakirələrə yol açıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.