İdman

Stadionda ölən azarkeşlə bağlı “Sabah”ın açıqlaması

26 Noyabr 2026 20:29
Baxış: 185
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Sabah" klubu "Barselona" ilə qarşılaşmanı izləmək üçün Bakıya gələn azarkeş Anton Petrişşevin vəfatı ilə bağlı başsağlığı verib.

Milli.Az xəbər verir ki, Masazır təmsilçisi bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib:

"Sabah" - "Barselona" qarşılaşmasını izləmək üçün Bakıya gələn azarkeş Anton Petrişşevin vəfatı bizi dərindən kədərləndirdi.

"Sabah" FK adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk".

Qeyd edək ki, Rusiyanın Krasnoyarsk diyarından Bakıya gələn 1987-ci il təvəllüdlü Anton Aleksandroviç Petrişşevin qarşılaşmanı tribunadan izləyərkən qəfil halı pisləşib. O, stadionda vəfat edib. İlkin ehtimala görə, azarkeşin ölümünə ürək çatışmazlığı səbəb olub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.