Türkiyə

Türkiyəli tanınmış aparıcılar saxlanıldı

27 Noyabr 2026 12:20
Baxış: 224
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyənin "Halk TV" telekanalına qarşı növbəti əməliyyat keçirilib.

Milli.Az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

İstanbul Baş Prokurorluğunun qərarı ilə əməliyyat çərçivəsində 12 nəfər barəsində saxlanılma qərarı verilib. Onlardan 9-u artıq saxlanılıb.

Saxlanılanlar arasında telekanalın tanınmış aparıcıları Ece Üner Bayramoğlu və Deniz Bayramoğlu da var. Xəbər koordinatoru Hakan Kürşad Oğuzun isə xaricdə olduğu bildirilir.

Prokurorluğun məlumatına görə, telekanalın sahibi Cafer Mahiroğlunun göstərişi ilə şübhəli şəxslərə rüşvət verilib. Onlar cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması, cinayətkar təşkilat yaratmaq və ona üzv olmaq, yalan məlumat yaymaq, rüşvət, tenderlərdə saxtakarlıq və vergi qanunvericiliyini pozmaqda şübhəli bilinirlər.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.