“Buralar” layihəsinin ilk filmi -“Şamaxı” təqdim olunacaq - (Video)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dekabrın 3-də Nizami Kino Mərkəzində Azərbaycan şəhərlərinə həsr edilən "Buralar" layihəsinin ilk filmi - "Şamaxı" sənədli filminin təqdimatı keçiriləcək.
Layihənin rəhbəri və filmin müəllifi tanınmış səyyah və jurnalist Azər Qəribdir.
"Şamaxı" sənədli filmi Azərbaycanın qədim tarixə malik şəhərlərindən Şamaxının zəngin keçmişinə, ənənələrinə və müasir inkişafına həsr olunub.
Film tarixlə müasirliyin, zəngin mədəni irslə yaşadılan ənənələrin, təbiət gözəllikləri ilə inkişaf edən turizm imkanlarının vəhdətini nümayiş etdirərək Şamaxını tamaşaçıya Azərbaycanın özünəməxsus və cəlbedici bölgələrindən biri kimi təqdim edir.
Şamaxı tarixən həm mənəvi, həm də elmi düşüncənin mühüm mərkəzlərindən olub. Filmdə Qafqazın ən qədim məscidi Cümə məscidi, burada yaşamış və fəaliyyət göstərmiş böyük mütəfəkkirlərin irsindən bəhs edilir, Şamaxının tarixi-mədəni kimliyinin ayrılmaz hissəsi olan astronomiya elmi, rəsədxana ənənələri və zəngin intellektual mühit ekrana gətirilir.
Şamaxı həm də Azərbaycanın qədim üzümçülük və şərabçılıq ənənələrinin beşiklərindəndir. Bölgənin üzümçülük mədəniyyəti bu gün müasir yanaşmalarla yenidən dirçəlir. Şərabçılığın inkişafı bölgənin iqtisadi potensialına töhfə verməklə yanaşı, Şamaxının turizm cəlbediciliyini də artırır.
Film müasir Şamaxının inkişafına, burada formalaşan turizm infrastrukturuna, yeni hotellərə, qonaqpərvərlik ənənələrinə və turistlər üçün yaradılan imkanlara da diqqət yetirir. Bu baxımdan, "Nəsimi Bağları" kompleksi filmdə bugünkü Şamaxının əsl incilərindən biri kimi təqdim olunur.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Valeh Ağayev vəfat etdi
-
DİN əməliyyat keçirdi: Saxlanılan şəxslərin siyahısı - (Video)
-
“Buralar” layihəsinin ilk filmi -“Şamaxı” təqdim olunacaq - (Video)
-
Fuad İbrahimovun rəhbərliyi ilə klassik musiqi nümunələri səsləndirilib - (Foto)
-
Yusif Xəlilovun daha 20 obyekti dövlətə qaytarıla bilər
-
Restoranlar tək gələn müştəriləri niyə qəbul etmir?
-
“Muzeydə mühazirə” layihəsi çərçivəsində “Mozaika sənətinin sirləri” adlı mühazirə keçirilib - (Foto)
-
Sabah bu rayonda işıqlar 3 saatlıq sönəcək
-
Ev ailənin kiçik övladına qalır?
-
Aysun İsmayılova: "Övladım xəstələnəndə ona çarə tapa bilmədiyim üçün ağlamışam"
-
Bakının bu qəsəbəsində torpaq alanlar 5 ilə varlanacaq
-
Prezident İlham Əliyev Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqləyib
-
Ülviyyə Xəlilbəyli: "İnsan özü yaşayarkən, keçmişinin yasını tutur" (Foto)
-
Həsən ölümündən əvvəl hansı xəbərlə ailəsini sevindirmişdi?
-
Xalq artisti: “Nəvəmin müğənni olmasına icazə vermərəm"
-
Ramiz Mehdiyev evindən məhkəməyə qoşuldu, qızı da dindirildi
-
"Ziraat Bank Azərbaycan" X Beynəlxalq Bankçılıq Forumunda rəsmi tərəfdaş kimi təltif edilib! - (Foto)
-
Qara Cümə endirimləri başladı: Azərbaycanlılar ən çox nəyə pul xərcləyir? - Araşdırma
-
Ekspert: Məktəb və qəbul imtahanlarının proqramları uzlaşdırılmalıdır
-
Makronu “cənab Şantaj” adlandırdılar
-
Meymunlar Tac-Mahalı zəbt etdi - (Video)
-
7 gün itkin düşən yaşlı qadın torpaq yeyərək sağ qaldı (Video)
-
Əli Əsədov yeni qərar imzaladı





