Mədəniyyət

Fuad İbrahimovun rəhbərliyi ilə klassik musiqi nümunələri səsləndirilib - (Foto)

27 Noyabr 2026 18:00
Baxış: 80
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında konsert proqramı təqdim olunub.

Musiqi gecəsində orkestrin dirijoru Fuad İbrahimovun rəhbərliyi ilə klassik musiqi nümunələri səsləndirilib.

Konsert proqramında A.Dvořák "İki vals" op. 54, P.Hindemith "Beşpyes" op. 44, J.Sibelius "İmpromptu" op. 5 və A.Foote Mi major süitası op. 63 əsərləri ifa olunub.

Müxtəlif dövrləri və bəstəkarlıq üslublarını əhatə edən konsert proqramı dünya klassik musiqi irsinin təbliği, kamera orkestriifaçılıq ənənələrinin yaşadılması və zəngin musiqi nümunələrinin dinləyicilərə çatdırılması baxımından əlamətdar sənət hadisəsi olub.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.