Prezident İlham Əliyev Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqləyib
Prezident İlham Əliyev Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyib.
Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub.
Qanuna əsasən, 2026-cı il sentyabrın 26-da Bakı şəhərində imzalanmış "Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə "TotalEnergies EP Absheron B.V.", "SOCAR Absheron" və "ADNOC International ProjectCo 1 RSC Limited" şirkətləri arasında dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş Saziş qəbul və təsdiq edilib, onun həyata keçirilməsinə icazə verilib.
Nazirlər Kabineti tərəfindən Sazişin Podratçı tərəflərinə Sazişin 2009-cu il fevralın 27-də imzalanmış ilkin redaksiyası üzrə verilmiş və Sazişin həmin redaksiyası ilə birlikdə Azərbaycan Respublikasının 2009-cu il 22 may tarixli 814-IIIQ nömrəli Qanunu ilə qəbul edilmiş Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri qüvvədə qalır.
Sazişin əsas mətninə edilmiş 12 Əlavə qəbul və təsdiq edilir. Eyni zamanda onların həyata keçirilməsinə icazə veriləcək.
Bu Qanun qüvvəyə mindikdən sonra Saziş və Əlavələr Qanun olur, Hökumət təminatı isə Azərbaycan Respublikasının Qanunu olaraq qüvvəsini saxlayır. Sazişdə konkret surətdə başqa hallar müəyyən edilmədiyi təqdirdə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur.
Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir (bu Qanunun 2-ci maddəsi və Sazişin onun dəyişdirilməsinin və yeni redaksiyada tərtib edilməsinin hüquqi nəticələrinə dair müddəaları nəzərə alınmaqla), habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin Podratçı tərəflərinə kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.
Bu Qanun qüvvəyə mindikdən sonra Podratçı tərəflərin (və ya onların hüquqi varislərinin) Saziş, Hökumət təminatı və Əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər Podratçı tərəflərin qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.
Sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Sazişin iştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və icazələr verilir.
Sazişə və ya Əlavələrə hər hansı əlavələr, düzəlişlər, dəyişikliklər yalnız Sazişin şərtlərinə və müddəalarına uyğun olaraq Sazişin və Əlavələrin tərəflərinin yazılı razılığı ilə edilir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqləyib
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - (Foto)
-
Estoniya xarici işlər naziri Bakıya gəlir
-
Azərbaycan XİN Misirə başsağlığı verdi
-
Alen Simonyan Gəncəyə gəlir?
XƏBƏR LENTİ
-
Bakının bu qəsəbəsində torpaq alanlar 5 ilə varlanacaq
-
Prezident İlham Əliyev Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqləyib
-
Ülviyyə Xəlilbəyli: "İnsan özü yaşayarkən, keçmişinin yasını tutur" (Foto)
-
Həsən ölümündən əvvəl hansı xəbərlə ailəsini sevindirmişdi?
-
Xalq artisti: “Nəvəmin müğənni olmasına icazə vermərəm"
-
Ramiz Mehdiyev evindən məhkəməyə qoşuldu, qızı da dindirildi
-
"Ziraat Bank Azərbaycan" X Beynəlxalq Bankçılıq Forumunda rəsmi tərəfdaş kimi təltif edilib! - (Foto)
-
Qara Cümə endirimləri başladı: Azərbaycanlılar ən çox nəyə pul xərcləyir? - Araşdırma
-
Ekspert: Məktəb və qəbul imtahanlarının proqramları uzlaşdırılmalıdır
-
Makronu “cənab Şantaj” adlandırdılar
-
Meymunlar Tac-Mahalı zəbt etdi - (Video)
-
7 gün itkin düşən yaşlı qadın torpaq yeyərək sağ qaldı (Video)
-
Əli Əsədov yeni qərar imzaladı
-
Bu halda avtomobiliniz birbaşa duracağa aparılacaq
-
Röya Ayxan gəlinlərinə təriflər yağdırdı (Video)
-
Bella Hadidin illərdir gizlətdiyi xəstəlikləri - İlk dəfə açıqladı
-
Əməkdar artist: “Heç kimi rəqib hesab etmirəm”
-
Bakıya 3 gün leysan yağacaq
-
Keçmiş islandiyalı futbolçu 37 yaşında öldü
-
12 il həbs cəzası almış Vilyam Hacıyev niyə vaxtından əvvəl azad edildi?
-
80 kilodan 45 kiloya düşən Nigar İbrahimova arıqlama sirrini açıqladı (Video)
-
"Həmin şəxs evli olsa da, aparıcının anası ilə qeyri-rəsmi münasibət yaşayıb, ev də onun imiş"
-
Gürcüstanda saxlanılan türkiyəli azarkeşlər azadlığa buraxıldı - (Video)
-
"50-100 manata diplom veririlər"





