Cəmiyyət

Həsən ölümündən əvvəl hansı xəbərlə ailəsini sevindirmişdi?

27 Noyabr 2026 16:28
Baxış: 236
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Yaşadığı binanın 5-ci mərtəbədən yıxılaraq həyatını itirən Həsən Əlilinin faciəli ölümü ilə bağlı yeni təfərrüat məlum olub.

Milli.Az xəbər verir ki, atası Pərviz Əliyevin sözlərinə görə, hadisə günü oğlu ilə görüntülü danışıb. 

Həsən ingilis dili fənnindən yüksək bal aldığını deyərək sevincini bölüşüb. Daha sonra bacısı ilə danışdı, ona bir qədər darıxdığını və hava almaq istədiyini bildirərək eyvana çıxıb.

Həmin vaxt güclü külək onun dərs vəsaitlərini uçurub. Həsən kağızları götürmək istəyərkən müvazinətini itirərək beşinci mərtəbədən yıxılıb.

"Belə olmamalı idi. Arzular yarımçıq qaldı. Bir də Həsən kimi oğul olmayacaq. Ömrümün sonuna qədər onunla fəxr edəcəyəm. Mənim oğlum mənim arzularım idi", - deyə atası Baku TV-yə bildirib.

Qeyd edək ki, Həsən Əlili Tovuz şəhər qəbiristanlığında dəfn olunub. 

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.