Şou-biznes

Aysun İsmayılova: "Övladım xəstələnəndə ona çarə tapa bilmədiyim üçün ağlamışam"

27 Noyabr 2026 17:05
Baxış: 139
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Aysun İsmayılova övladının xəstəliyindən danışarkən göz yaşlarını saxlaya bilməyib

Milli.Az xəbər verir ki, müğənni Aysun İsmayılova şəxsi həyatı ilə bağlı səmimi etirafı ilə diqqət çəkib. Sənətçi övladının xəstələndiyi vaxt yaşadığı çətin anlardan danışıb.

Aysun bu barədə "İki rəng" verilişinin efirində danışarkən bildirib ki, həyatında baş verən hadisələrə görə tək qalanda çox ağlayıb. Onun sözlərinə görə, insan nə qədər gülərüz görünsə də, daxilində yaşadığı dərdlərdən xəbərsiz olmaq mümkündür.

Müğənni ən son övladının xəstəliyi zamanı çarəsiz qaldığı üçün göz yaşlarına hakim ola bilmədiyini söyləyib:

"Tək qalanda həyatımdа baş verənlərə görə ağlamışam. Çox gülən insanların dərdi çox olar, deyirlər. Daha çox gecələr ağlayırlar ki, heç kim görməsin. Ən son övladım xəstələnəndə ona çarə tapa bilmədiyim üçün ağlamışam. Ona iynə vurulana qədər o bir tərəfdə, mən də bu tərəfdə ağlayırdım".

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.