Dünya

“Pizza Hut”ın qurucusu vəfat etdi - (Foto)

27 Noyabr 2026 20:39
Baxış: 80
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Dünyanın məşhur pizza restoranları şəbəkəsi "Pizza Hut"ın həmtəsisçisi Den Karni 95 yaşında vəfat edib.

Milli.Az xəbər verir ki, o, xroniki obstruktiv ağciyər xəstəliyindən dünyasını dəyişib.

Qeyd edək ki, Karni qardaşı Frenk Karni ilə birlikdə 1958-ci ildə ABŞ-nin Kanzas ştatında ilk "Pizza Hut" restoranını açıb.

Qardaşlar biznesə başlamaq üçün analarından 600 dollar borc alıblar. Kiçik bir restoranla başlayan iş qısa müddətdə böyüyərək beynəlxalq şəbəkəyə çevrilib. 1977-ci ildə qardaşlar "Pizza Hut"u "PepsiCo" şirkətinə 300 milyon dollara satıblar.

Den Karninin qardaşı Frenk Karni isə 2020-ci ildə 82 yaşında vəfat edib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.