İdman

“Verniduba dedim ki, çox artıq sözlər danışırsan” - Rəşad Sadıqov

27 Noyabr 2026 21:49
Baxış: 89
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Neftçi" ilə matçdan sonra rəqib çalışdırıcı Yuri Vernidubla aralarında yaranan problemdən danışıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, R.Sadıqov ukraynalı çalışdırıcıya çox danışdığına görə iradlar bildirdiyini deyib: 

"Ona bildirdim ki, çox artıq sözlər danışırsan. Amma "Neftçi"də olduğun üçün çox şey demirəm. Çünki o, bəzi ifadələr işlədirdi. Fasiləyə gedəndə də nə isə danışdı. Deyə bilər ki, sənə demədim, amma 2 metr yaxınlığında idim, eşidirdim".

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.