Siyasət

Estoniyanın Azərbaycanda səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir - Ceyhun Bayramov - (Foto)

27 Noyabr 2026 21:17
Baxış: 147

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Estoniya Respublikasının Azərbaycandakı səfirliyinin rəsmi açılışı münasibətilə təşkil olunan qəbulda iştirak edib.

Milli.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, nazir çıxışında Azərbaycan və Estoniya arasında uzunmüddətli tarixi əlaqələri vurğulayaraq, Estoniyanın Bakıda səfirliyinin açılmasının ikitərəfli münasibətlərdə yeni bir mərhələ olduğunu qeyd edib.

O, ticarət, investisiya, nəqliyyat, logistika, enerji, təhsil, innovasiya və humanitar mübadilə sahələrində əməkdaşlığın genişləndirilməsi potensialını diqqətə çatdırıb, müsbət siyasi dialoqun konkret və qarşılıqlı faydalı nəticələrə çevrilməsinin vacibliyini vurğulayıb.

Ceyhun Bayramov, həmçinin mövcud ikitərəfli mexanizmlər və çoxtərəfli platformalar vasitəsilə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini qeyd edib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.