Hadisə

Bakıda çay evində dava: ölü və yaralılar var

27 Noyabr 2026 23:17
Baxış: 168
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakıda qətl hadisəsi olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə bu gün Sabunçu rayonu ərazisində baş verib.

Rayon ərazisindəki çay evlərinin birində yaranan mübahisə zamanı 20 yaşlı Sabit Sadiq oğlu Həşimov və Nural Bünyadlı bir-birini bıçaqlayıb. Nəticədə ağır xəsarətlər alan Sabit Həşimov ölüb.

Məlumata görə, hadisə zamanı onları aralamaq istəyən daha bir nəfər də bıçaq xəsarətləri alıb. Həmin şəxs və N. Bünyadlı xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.