Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Neftçi"nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının 13-cü turunda "Zirə"yə 1:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
Milli.Az xəbər verir ki, ukraynalı mütəxəssis qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb:
- Rəşad Sadıqov aranızda mübahisə yaşandığını dedi, sizdən şikayətləndi...
- Aramızda heç nə olmayıb. Ola bilsin, onun tərəfində nəsə olub. Amma mənim tərəfimdən heç nə yoxdur.
- "Neftçi"yə gəldikdən sonra "Zirə"yə qalib gələ bilmirdiniz. Bu dəfə nəyi dəyişdiniz ki, qələbə qazandınız?
- Futbolçular oyuna necə başlamalı olduqlarını bilirdilər və bu, mənim xoşuma gəldi. Matçı iki hissəyə bölək. İlk hissədə üstünlük bizdə idi. "Zirə"nin hansısa təhlükəli epizodunu xatırlamıram. Çox erkən qol vurduq. Buna baxmayaraq, başqa imkanlarımız da oldu, sadəcə, onlardan istifadə edə bilmədik. İkinci hissənin 15-20 dəqiqəsində oyun bərabər səviyyədə gedirdi. 20-ci dəqiqədən sonra futbolçularımız məğlub olmaq istəmədikləri üçün daha çox müdafiədən oynamağa başladılar. Amma sona qədər tab gətirdik, hesabı qoruduq. Bu, bizim üçün çox vacibdir. İrəliləməyə davam edirik. Hətta 85-ci dəqiqədə meydana mərkəz müdafiəçisi buraxdım. Bundan sonra matçı 5-3-2 sxemi ilə başa vurduq. Çünki "Zirə"nin hava topları ilə oynadığını bilirdik. Onların heyətində Davit Volkov başla çox yaxşı oynayır. Mərkəz müdafiəçiləri də həmçinin. Elvin Bədəlovu meydana buraxmağımın səbəbi hər üç müdafiəçimizin hündürboy olması və cinahdan asmaların qarşısını almalı idilər.
- Nəticədən və dəqiqədən asılı olmayaraq, 90 dəqiqə üstün oyun nümayiş etdirən "Neftçi"ni nə vaxt görə biləcəyik?
- Bu suala cavab vermək çox çətindir. Mən də "Neftçi"nin 90 dəqiqə üstün oynamasını istəyirəm. Futbol inkişaf edir, yerində saymır. Bu mövsüm çox bəyəndiyim komandalar var: "Sabah", "Turan Tovuz", "Kəpəz", "Şamaxı", "Qarabağ", "Zirə". Bunların heç biri asan rəqib deyil. Onlar da həmişə üstün oynamaq istəyirlər. Onların da məşqçiləri var, onlar da qalib gəlmək istəyirlər və oyunlarını buna uyğun qururlar. "Sabah" - "Barselona" matçını izlədik. Mən deməzdim ki, "Barselona" bütün oyun boyu üstün idi. "Sabah" bərabər səviyyədə oynaya biləcəyini göstərdi. Hətta hesabı da ilk onlar aça bilərdilər. Çexiyanın "Viktoriya"sı Portuqaliyanın "Benfika"sından güclüdür? Amma hesab 4:0 oldu. Oyuna münasibətinə və çalışqanlığına görə komandamızın hər bir üzvünə minnətdaram. Belə davam etsələr, daha gözəl oyun nümayiş etdirəcəyik.
Rəşad Sadıqovla bağlı məsələyə gəlincə, belə bir şey xatırlamıram. Mən konfliktə meyilli insan deyiləm. Ona qarşı heç bir mənfi münasibətim yoxdur. Düşüncələrim və emosiyalarım yalnız oyunun bəzi epizodları ilə bağlıdır. Amma mədəni çərçivədə ona qarşı heç bir iradım yoxdur. Ona görə də bu mövzunu bağlamaq lazımdır.
- Azarkeşlərə müraciət etmək istəməzdiniz? Tribunalar yenə dolmur...
- Hər oyunda bu çağırışı edirəm. Bu gün azarkeşlərimizi salamlayıram. Futbol izləyən digər insanlara da salam göndərirəm. Ümid edirik ki, hər oyundan sonra azarkeşlərimizin sayı artacaq. Hamı 90 illiyimizdən, yubileyimizdən danışır. Gəlin, bizə dəstək olun. Onları burada, stadionda görmək çox xoşdur. Çalışacağıq ki, daha üstün oyun nümayiş etdirək və oyunumuz azarkeşlərimizin də xoşuna gəlsin. Onlar bizim 12-ci oyunçumuzdur. Baxın, azarkeşlər "Kəpəz"ə necə dəstək olurlar. Oraya baxanda ürəyim sevinclə dolur, sanki avrokubok matçı izləyirsən. İstərdim ki, bizim stadionumuz da tam dolsun. Azarkeşlər bizi irəli aparan enerji mənbəyidir. Belə olarsa, söz verirəm ki, bütün qələbələrimiz sizin qələbələriniz olacaq.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
-
Qubada suvarma kanalına yenidən su verildi: İtkin düşən gənc hələ də tapılmayıb
-
Nadir Qafarzadə oğluna ad günü etdi - (Video)
-
Sumqayıtda zavodda güclü partlayış oldu - (Video)
-
"Sədərək"də yolun ortasında dayanan kişini motosiklet vurdu - anbaan (Video)
-
Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu
-
“Verniduba dedim ki, çox artıq sözlər danışırsan” - Rəşad Sadıqov
-
Murad Ağalarovdan ali məktəblərə qəbul sistemi ilə bağlı təklif: "İmtahan vaxtı fənlərə görə fərqləndirilməlidir"
-
Rəşad Sadıqovla Vernidub bir-birinə barmaq silkələdi - (Video)
-
Estoniyanın Azərbaycanda səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir - Ceyhun Bayramov - (Foto)
-
CeyLo ailəsi ilə bir arada - (Foto)
-
Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib
-
“Pizza Hut”ın qurucusu vəfat etdi - (Foto)
-
Ağsuda ağac 6 yaşlı uşağın ölümünə səbəb oldu - təfərrüat - (Foto)
-
Mourinyo Flikə qarşı
-
Astarada ağır qəza - xəsarət alan var
-
Vasif Rəsulova Hesablama Palatasında vəzifə verildi
-
Messi yenidən Argentinada oynayacaq
-
Şəmkirdə ayı görünməsi xəbərinə icra hakimiyyətindən reaksiya
-
İbrahim Borçalının xanımı ilə rəqsi - (Video)
-
Gürcüstan səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb - Yenilənib
-
Yeni qaydalar ətin qiymətini bahalaşdıracaq? - Ekspertdən açıqlama
-
Test ləğv oluna, yeni modelə keçilə bilər
-
Aleks de Souza "Seara"nın baş məşqçisi oldu





