İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal: Təhlükəsizlik kəməri etiketləri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İkinci əl avtomobil alarkən yürüş məsafəsi, boya və qəza tarixçəsi ilə yanaşı, əksər sürücülərin gözdən qaçırdığı təhlükəsizlik kəməri etiketləri də nəqliyyat vasitəsinin keçmişi barədə mühüm məlumatlar verə bilər.
Milli.Az xəbər verir ki, təhlükəsizlik kəmərlərinin aşağı hissəsində yerləşən etiketlərdə istehsalçı məlumatları, detal nömrəsi və istehsal tarixi qeyd olunur. Zavodda quraşdırılan kəmərlər adətən avtomobilin istehsal tarixindən bir qədər əvvəl istehsal edilir (məsələn, 2020-ci il buraxılışlı avtomobildə 2019 və ya 2020-ci ilə aid kəmərlər olur). Əgər həmin avtomobildə 2023-cü ilə aid kəmər varsa, bu, detalın sonradan dəyişdirildiyini göstərir. Sürücü və sərnişin kəmərlərinin tarixlərini müqayisə etmək də faydalıdır.
Müasir avtomobillərdəki kəmər dartıcı sistemləri müəyyən şiddətdəki qəzalar zamanı işə düşərək sərnişini oturacağa sıxır. İstehsalçı təlimatlarına əsasən, qəzada işə düşən bu sistemlər və kəmər detalları yenisi ilə əvəz olunmalıdır. Buna görə də kəmərin avtomobildən daha yeni tarixli olması diqqət yetirilməli məqamdır.
Kəməri tam dartıb çıxararaq parçasında aşınma, kəsik və ya tikiş izlərinin olub-olmadığını yoxlamaq da vacibdir. Tarix fərqi təkbaşına qəzanı sübut etməsə də, ətraflı texniki baxış (ekspertiza) zamanı mütləq nəzərə alınmalıdır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal: Təhlükəsizlik kəməri etiketləri
-
Yumurtaların üzərindəki rəqəmlər nə deməkdir? İlk rəqəmə diqqət edin
-
Günün qoroskopu: Fikirlərinizi asanlıqla ətrafdakılara qəbul etdirəcəksiniz
-
Həyətyanı torpaqlara çıxarış verilməsi sadələşdirilir: Qiymətlər arta bilər - (Video)
-
Mahir Emreli növbəti qolunu vurdu - (Video)
-
Nadir Qafarzadə oğluna ad günü etdi - (Video)
XƏBƏR LENTİ
-
İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal: Təhlükəsizlik kəməri etiketləri
-
Yumurtaların üzərindəki rəqəmlər nə deməkdir? İlk rəqəmə diqqət edin
-
Günün qoroskopu: Fikirlərinizi asanlıqla ətrafdakılara qəbul etdirəcəksiniz
-
Sabah Şahbuzda işıq olmayacaq
-
Həyətyanı torpaqlara çıxarış verilməsi sadələşdirilir: Qiymətlər arta bilər - (Video)
-
Küveyt İrana nota verdi
-
Bakıda çay evində dava: ölü və yaralılar var
-
Mahir Emreli növbəti qolunu vurdu - (Video)
-
Yavuz Bingöl 12 günlük müalicədən sonra evə buraxıldı - Əməliyyat olunacaq
-
“Qalatasaray”ın futbolçusu Yunus Akgün evləndi - (Foto)
-
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
-
Qubada suvarma kanalına yenidən su verildi: İtkin düşən gənc hələ də tapılmayıb
-
Nadir Qafarzadə oğluna ad günü etdi - (Video)
-
Sumqayıtda zavodda güclü partlayış oldu - (Video)
-
"Sədərək"də yolun ortasında dayanan kişini motosiklet vurdu - anbaan (Video)
-
Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu
-
“Verniduba dedim ki, çox artıq sözlər danışırsan” - Rəşad Sadıqov
-
Murad Ağalarovdan ali məktəblərə qəbul sistemi ilə bağlı təklif: "İmtahan vaxtı fənlərə görə fərqləndirilməlidir"
-
Rəşad Sadıqovla Vernidub bir-birinə barmaq silkələdi - (Video)
-
Estoniyanın Azərbaycanda səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir - Ceyhun Bayramov - (Foto)
-
CeyLo ailəsi ilə bir arada - (Foto)
-
Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib
-
“Pizza Hut”ın qurucusu vəfat etdi - (Foto)
-
Ağsuda ağac 6 yaşlı uşağın ölümünə səbəb oldu - təfərrüat - (Foto)





