İdman

Azərbaycan avrokuboklarda yeni rekorda imza atdı

14 Oktyabr 2026 13:51
Baxış: 459
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan klubları avrokubokların 2026/27 mövsümündə 14-cü qələbəsini qazanıb.

Milli.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.

Bu, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turuna təsadüf edib. "Sabah" öz meydanında Çexiya "Slaviya"sına iki cavabsız qolla qalib gəlib.

Bu, Azərbaycan təmsilçilərinin cari mövsümdə ümumilikdə 14-cü avrokubok qələbəsi olub. Bununla da ölkəmiz tarixinin yeni rekorduna imza atıb.

Bunadək ən yüksək göstərici 13-ə bərabər idi. 2023/24 mövsümündə komandalarımız ümumilikdə 13 dəfə qələbəyə sevinmişdi. Cari mövsümdə "Sabah" 7, "Qarabağ" 4, "Zirə" 2, "Neftçi" 1 dəfə meydandan qalib ayrılıb.

Bu qələbə UEFA reytinqinə də təsir edib. Azərbaycanın cari mövsümdəki əmsalı 5.625-ə, son 5 mövsümün nəticələrinə görə hesablanan reytinq xalları isə 24.187-yə yüksəlib. Bu, 24.125 xala malik İsraili keçmək üçün yetərli olub.

Bir pillə irəliləyən Azərbaycan hazırda UEFA reytinqində 24-cü sırada qərarlaşıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.