Siyasət

Hakan Fidan Bakıya gəlir

14 Oktyabr 2026 14:27
Baxış: 519

Türkiyənin xarici işlər naziri Hakan Fidan oktyabrın 15-də Azərbaycana səfər edəcək.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, o, Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM (CICA)) Dövlət və Hökumət Başçıları Şurasının 7-ci sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təmsil edəcək.

Hakan Fidanın Zirvə Görüşündə çıxış etməsi və ikitərəfli görüşlər keçirməsi gözlənilir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.