İdman

Pepe yeni vəzifəyə seçildi

14 Oktyabr 2026 11:20
Baxış: 409
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Portuqaliya millisinin keçmiş futbolçusu Pepe Futbol Federasiyasının (FPF) fondunun İdarə Heyətində təmsil olunacaq.

Milli.Az xəbər verir ki, FPF-nin mətbuat xidmətinin yaydığı məlumata əsasən, sabiq müdafiəçi qurumun fondunun İdarə Heyətinə üzv seçilib.

Pepe 2007-2017-ci illərdə İspaniyanın "Real" klubunda çıxış edib. Bu müddətdə Madrid təmsilçisinin heyətində 334 oyuna çıxan futbolçu 14 titul qazanıb. Onun uğurları arasında UEFA Çempionlar Liqasının üçqat, La Liqanın isə üçqat qalibi olması da var.

Portuqaliya yığması ilə də böyük nailiyyətlərə imza atan Pepe 2016-cı ildə Avropa çempionluğunu, 2019-cu ildə isə UEFA Millətlər Liqasının qalibliyini qeyd edib.

Xatırladaq ki, 41 yaşlı keçmiş futbolçu 2024-cü ilin avqustunda karyerasını bitirdiyini açıqlayıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.