Həbs qoyulmuş 3 milyon manat və 6 nəfərin adı: Azinvest-də nə baş verir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azinvest" QSC-də icraçı direktor Vüqar Abdullayevin vəzifəsindən azad edilməsi ilə bağlı diqqətçəkən iddialar yayılıb.
Milli.Az baku.news-a istinadən xəbər verir ki, hadisənin əsas səbəbi şirkətin kreditorlara məxsus və məhkəmə qərarı ilə üzərinə həbs qoyulmuş təxminən 3 milyon manat vəsaitlə bağlı yaranmış fikir ayrılığı olub.
İddialara əsasən, "Aztelko" MMC-nin rəhbəri Orxan Muxtarov Vüqar Abdullayevdən həmin vəsaitin altı şəxsin adına bonus və mükafat adı altında ödənilməsini tələb edib.
Bildirilir ki, Vüqar Abdullayev bu tələbin qanunsuz olduğunu əsas gətirərək razılaşmayıb. O, əlində olan Ali Məhkəmənin qərarına və icra şöbəsinin təkrar xəbərdarlığına istinad edərək vəsaitin başqa istiqamətə köçürülməsinin mümkün olmadığını bildirib.
Vüqar Abdullayevə aid olduğu bildirilən mövqedə qeyd olunur:
"Orxan müəllim, burada açıq-aydın göstərilib ki, mən bu vəsaiti heç bir ad altında başqa istiqamətə köçürə bilmərəm. Mən dövlətin qanunlarına qarşı gedə bilmərəm. Kim istəyirsə gəlib imza atsın, bu məsuliyyəti öz üzərimə götürə bilmərəm".
Məlumata görə, Vüqar Abdullayevə kreditorların həbs qoyulmuş vəsaitinin çıxarılmasına razılıq verəcəyi halda mükafat təklif edildiyi də iddia olunur. Lakin onun bu təklifi qəbul etmədiyi və belə bir mükafata ehtiyacı olmadığını bildirdiyi qeyd edilir.
İddialara görə, yaranmış fikir ayrılığından sonra Vüqar Abdullayev 27 noyabr 2026-cı ildə "Azinvest" QSC-nin icraçı direktoru vəzifəsindən azad edilib.
Qeyd edək ki, "Azinvest" QSC və bir sıra digər şirkətlərin "Aztelko" MMC qrupu daxilində fəaliyyət göstərdiyi, sözügedən struktura isə Orxan Muxtarovun rəhbərlik etdiyi bildirilir.
Hazırda yayılan məlumatlarla bağlı tərəflərin rəsmi mövqeyi məlum deyil.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Ağcabədidə məktəb binasında yanğın baş verib
-
Həbs qoyulmuş 3 milyon manat və 6 nəfərin adı: Azinvest-də nə baş verir?
-
Qazaxda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb
-
Siyəzəndə su kanalında batan 13 yaşlı uşağın meyiti tapılıb - Yenilənib
-
Kürdəmirdə üç avtomobil toqquşub, xəsarət alan var
-
Bərdədə ölən 18 yaşlı qızın anası: "Bədənində izlər var idi, yazışmaları silinib"
XƏBƏR LENTİ
-
Ağcabədidə məktəb binasında yanğın baş verib
-
Həbs qoyulmuş 3 milyon manat və 6 nəfərin adı: Azinvest-də nə baş verir?
-
"Mançester Yunayted"dən antirekord
-
Azərbaycanda məşhur bank köçürmələr üzrə komissiyanı 2 dəfə artırır
-
Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı
-
Valideynlər universiteti bitirənədək övladına aliment ödəyəcək?
-
Hava ilə bağlı son məlumat
-
Rubiyandan Azərbaycanla bağlı açıqlama
-
Spirtli içkidən 32 nəfər öldü - İranda
-
Mayk Lav 85 yaşında vəfat etdi
-
Madriddə 350 illik Osmanlı sənədi tapıldı: Tarixi dəyişə biləcək məktub
-
Başak Gümülcinelioğlu yeni layihədə yer alacaq
-
Bu yollarla ikiqat sürətli arıqlamaq mümkündür
-
XIII turun növbəti görüşləri keçiriləcək
-
Rusiyanın 4 hava limanında məhdudiyyətlər tətbiq edildi
-
Keyptaun kanalizasiya suyundan içməli su istehsal edəcək
-
Tuna balığı alarkən iki dəfə düşünün
-
Pişik sahibini niyə iyləyir?
-
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
-
Bu bitkiləri çarpayınızın yaxınlığından götürün
-
Kefir və yaşıl çaya güclü rəqib: Arpa çimi suyunun fayda və riskləri
-
Ömrü uzada, ölüm riskini azalda bilər
-
Xərçəngin müalicəsində yeni ümid: Alimlərdən mühüm kəşf
-
Pensiyalar belə indeksləşəcək - Hesablama qaydası - (Video)





