Valideynlər universiteti bitirənədək övladına aliment ödəyəcək?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Valideynlərin ali təhsil alan övladlarına universiteti bitirənədək aliment ödəməsi təklif olunur.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı Ailə Məcəlləsinə dəyişiklik edilməsini və ali təhsil alan övladlara 23 yaşınadək aliment ödənilməsinin qanunla məcburi öhdəlik kimi müəyyənləşdirilməsini təklif edib.
Deputatın sözlərinə görə, hazırda nikahı pozulmuş valideynlərin aliment öhdəliyi övladlarının 18 yaşına çatması ilə başa çatır. Halbuki ali təhsil alan gənclərin də maddi dəstəyə ehtiyacı var.
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı AZXEBER.COM-a danışan sosioloq Mətanət Məmmədova ali təhsil alan övladlara aliment ödənilməsinin universitet təhsili başa çatanadək davam etməli olduğunu bildirib:
"Hər bir uşağa ödənilən aliment universitet təhsilini başa çatdırana qədər davam etməlidir. Çünki gənc universiteti bitirdikdən sonra müstəqil həyata qədəm qoyur və həmin dövrdən etibarən işləmək, öz gəlirini əldə etmək imkanı yaranır. Bu baxımdan, tələbəlik illərində alimentin ödənilməsi gəncin həyatını xeyli asanlaşdırar.
Digər tərəfdən, bu məsələ boşanmış valideynlərin hər ikisinin üzərinə əlavə məsuliyyət qoyur. İstər ana, istərsə də ata olsun, valideynlər övladlarının maddi təminatında iştirak etməlidirlər. Bu, boşanmanın hansı tərəfin təşəbbüsü ilə baş verməsindən asılı olmamalıdır. Hər iki valideyn bu məsuliyyəti öz üzərinə götürməlidir. Əgər övladı dünyaya gətirmisənsə, onun həyatında hər zaman iştirak etməlisən. Axı sən övladından deyil, həyat yoldaşından boşanmısan".
Sosioloqun sözlərinə görə, alimentin ödənilməsindən yayınan valideynlərə qarşı daha ciddi nəzarət və cərimə mexanizmləri tətbiq olunmalıdır:
"Təəssüf ki, bu gün alimenti vaxtında ödəmək istəməyən, hətta ümumiyyətlə ödəməkdən yayınan valideynlər də var. Bəzən məsələ məhkəmə müstəvisinə qədər gedib çıxır, icra məmurları dəfələrlə müdaxilə etdikdən sonra alimenti əldə etmək mümkün olur.
Hesab edirəm ki, alimentin universitet təhsili başa çatanadək ödənilməsinin qanunvericilikdə rəsmiləşdirilməsi məqsədəuyğun olardı. Eyni zamanda, alimentin hansı yaş dövründə - uşaqlıq, yeniyetməlik və ya gənclik çağında ödənilməsindən asılı olmayaraq, bu öhdəliyə əməl olunmasına ciddi nəzarət edilməlidir. Bununla yanaşı, alimenti vaxtında ödəməyən valideynlərə qarşı cərimə mexanizmi də tətbiq olunmalıdır. Valideyn övladına təyin edilmiş alimenti vaxtında ödəmədikdə müəyyən maliyyə sanksiyaları ilə üzləşməlidir. Bu, aliment öhdəliyindən yayınmanın qarşısını almaq və uşaqların maddi təminatını vaxtında həyata keçirmək baxımından vacibdir".
DİGƏR XƏBƏRLƏR
-
Valideynlər universiteti bitirənədək övladına aliment ödəyəcək?
-
Hava ilə bağlı son məlumat
-
Bu yollarla ikiqat sürətli arıqlamaq mümkündür
-
Azərbaycan nəhəng atmosfer bloklanmasının təsirinə düşür: Hava kəskin dəyişəcək
-
Şəhərdən kəndə köçənlərə böyük güzəştlər təklif edilir - (Video)
-
Bakıda stilist doğuşdan sonra vəfat etdi
XƏBƏR LENTİ
-
Valideynlər universiteti bitirənədək övladına aliment ödəyəcək?
-
Hava ilə bağlı son məlumat
-
Rubiyandan Azərbaycanla bağlı açıqlama
-
Spirtli içkidən 32 nəfər öldü - İranda
-
Mayk Lav 85 yaşında vəfat etdi
-
Madriddə 350 illik Osmanlı sənədi tapıldı: Tarixi dəyişə biləcək məktub
-
Başak Gümülcinelioğlu yeni layihədə yer alacaq
-
Bu yollarla ikiqat sürətli arıqlamaq mümkündür
-
XIII turun növbəti görüşləri keçiriləcək
-
Rusiyanın 4 hava limanında məhdudiyyətlər tətbiq edildi
-
Keyptaun kanalizasiya suyundan içməli su istehsal edəcək
-
Tuna balığı alarkən iki dəfə düşünün
-
Pişik sahibini niyə iyləyir?
-
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
-
Bu bitkiləri çarpayınızın yaxınlığından götürün
-
Kefir və yaşıl çaya güclü rəqib: Arpa çimi suyunun fayda və riskləri
-
Ömrü uzada, ölüm riskini azalda bilər
-
Xərçəngin müalicəsində yeni ümid: Alimlərdən mühüm kəşf
-
Pensiyalar belə indeksləşəcək - Hesablama qaydası - (Video)
-
Ev qatığı niyə sulu olur? Daş kimi qatıq hazırlamağın əsas sirləri
-
“Stadionları insanların ayağına aparmalıyıq?” - Dambrauskas
-
“Müxalifət Azərbaycanla sülhə “son maneə”dir” - Paşinyan
-
Binəqədidə söküntü hazırlığı: Sahibkarlara kompensasiya nə vaxt ödəniləcək? - (Video)
-
Azərbaycan nəhəng atmosfer bloklanmasının təsirinə düşür: Hava kəskin dəyişəcək





