Sağlamlıq

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:05
Baxış: 141
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Səhər tezdən dərsə, işə getmək xüsusən yeniyetmələrdə bioloji ritmin pozulmasına, yuxu pozğunluğuna və psixi problemlərə səbəb ola bilər.

Milli.Az Medicina.az-a istinadən xəbər verir ki, bu barədə Oksford Universiteti alimlərinin araşdırmasının nəticəsində sübut edilib.

Alimlər 14-17 yaşarası tələbə və şagirdlərin dərs saatı ilə uğur və sağlamlıq göstəricilərinin dəyişməsini izləyib. Dərslərin saat 8:45-dən 10:00-a qaldırılması akademik uğurların artmasına səbəb olub.

Alimlər bu qənaətə gəliblər ki, erkən dərs və ya iş bioloji sirkad ritmə ziddir, az yatmaq nəticəsində orqanizmdə stress hormonu artır.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.