Şou-biznes

Nagihan Karadere yeni estetik əməliyyatla başqa biri oldu - (Foto)

28 Noyabr 2026 21:00
Baxış: 150
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Survivor 2026 Ünlüler-Gönüllüler" yarışmasını ikinci yerdə başa vuran türkiyəli sabiq milli atlet Nagihan Karadere boyun və üzün aşağı hissəsinin dartılması üzrə estetik əməliyyat keçirib. Əməliyyatdan üç gün sonra sarğıları açılan və tikişləri götürülən Karaderenin son görüntüsü müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, daha əvvəl üz prosedurlarına 750 min lirə xərclədiyini deyən Karadere bu dəfə boyun və üzün aşağı hissəsinin dartılması əməliyyatına girib. Nəticəni "sənət əsəri kimi" adlandıran sabiq atlet şişkinliyin normal olduğunu, bir neçə həftəyə üzünün tam özünə qayıdacağını və "Barbie kimi" olacağını bildirib.

Estetik əməliyyatla yanaşı, ümrə ziyarətindən Türkiyəyə qayıtdıqdan dərhal sonra saç rəngini də dəyişən Karadere əməliyyatdan sonrakı həkim müayinələrindən keçib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.