Kriminal

Bakıda qadın kişiləri görüşə çağırıb şantaj etdi

28 Noyabr 2026 15:30
Baxış: 198
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakıda tanış olduğu kişiləri şantaj edən qadın həbs edilib.

Milli.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Billurə Quliyeva (ad-soyad şərtidir) təsadüfən tanış olduqları kişilərdən əvvəlcə görüş üçün pul istəyib. Pulu ala bilmədikdə isə müxtəlif üsullarla şantaja başlayıb.

Polisin saxlayıb istintaq apardığı həmin şəxsin hədə-qorxu ilə tələb etmə ilə bağlı cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Zərərçəkmiş kişilərdən biri deyib ki, qadınla maşınyuma məntəqəsində tanış olub. Bir müddət danışdıqdan sonra qadın onu şantaj edib. 200 manat verməyəcəyi təqdirdə, evinə gələrək ailəsinin yanında onu biabır edəcəyi ilə hədələyib.

Qadın ittihamları qəbul etmir. Təqsiri sübuta yetirilsə, onu 5 ildən 10 ilədək həbs cəzası gözləyir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.