Bu 4 əlaməti görməzdən gəlməyin
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Təxminən 9 milyon insanın sağlamlıq məlumatlarının təhlil edildiyi genişmiqyaslı araşdırma ürək-damar xəstəlikləri ilə bağlı diqqətçəkən nəticələr ortaya qoyub.
Milli.Az xarici mediaya istinadən xəbər verir ki, araşdırmaya əsasən, infarkt, insult və ürək çatışmazlığı hallarının 99 faizində dörd əsas risk faktorundan ən azı biri mövcud olub.
2025-ci ildə dərc edilən və ABŞ ilə Cənubi Koreyadan təxminən 9 milyon insanın məlumatlarını əhatə edən tədqiqatda ürək-damar xəstəliklərinə tutulan şəxslərin sağlamlıq tarixçələri araşdırılıb.
Məlum olub ki, yüksək qan təzyiqi, yüksək xolesterin, qan şəkərinin normadan artıq olması və tütün istifadəsi ürək-damar xəstəliklərinin əsas risk faktorlarıdır.
Araşdırmanın ən diqqətçəkən nəticəsi isə yüksək qan təzyiqi ilə bağlıdır. Belə ki, infarkt, insult və ya ürək çatışmazlığı keçirən insanların 93 faizində xəstəlikdən əvvəl yüksək təzyiq qeydə alınıb.
Alimlər bildirirlər ki, bu xəstəliklər əksər hallarda qəfil yaranmır. Onlardan əvvəl vaxtında aşkarlanması mümkün olan sağlamlıq problemləri mövcud olur.
350 mindən çox insanın iştirak etdiyi 51 klinik tədqiqatın nəticələrinin təhlili də qan təzyiqinə nəzarətin əhəmiyyətini təsdiqləyib.
Nəticələrə görə, yuxarı qan təzyiqinin hər 5 mmHg azalması müalicənin ilk ilində insult, ürək-damar xəstəlikləri və ürək çatışmazlığı riskinin təxminən 12 faiz azalması ilə əlaqəlidir.
Tədqiqatçılar həmçinin xolesterin səviyyəsinin nəzarətdə saxlanılmasının vacibliyini vurğulayıblar. Xüsusilə pis xolesterin kimi tanınan LDL səviyyəsinin aşağı salınması infarkt və insult riskini azaltmağa kömək edir.
Araşdırmada qeyd olunan digər mühüm risk faktoru tütün istifadəsidir. Siqaret yalnız infarkt və insult deyil, həm də ürək çatışmazlığı riskini artırır.
Alimlərin sözlərinə görə, siqareti tərgitmək hətta yaşlı insanlarda belə sağlamlığa müsbət təsir göstərir. Siqaretdən imtina etdikdən sonra zaman keçdikcə ürək-damar xəstəlikləri riski də azalır.
Mütəxəssislər ürək-damar xəstəliklərindən qorunmaq üçün qan təzyiqinin, xolesterin və şəkər səviyyəsinin müntəzəm yoxlanılmasını, siqaretdən uzaq durulmasını və mövcud sağlamlıq problemlərinin vaxtında müalicəsini tövsiyə edirlər.
Araşdırmanın nəticələri bir daha göstərir ki, infarkt və insult riskini azaltmağın ən effektiv yollarından biri xəstəlik yaranmadan əvvəl təhlükəli amilləri müəyyənləşdirmək və nəzarətdə saxlamaqdır.
Müəllif: Mina Mikayılova
DİGƏR XƏBƏRLƏR
-
Bu 4 əlaməti görməzdən gəlməyin
-
Dünyada qızılca epidemiyası: Yoluxma rekord həddə çatdı
-
30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? – Vacib tövsiyələr
-
Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı
-
Yüksək təzyiqin gizli səbəbi - İnsanlar bundan xəbərsizdir
-
İş günündən əvvəl hansı hərəkətlər faydalıdır?
XƏBƏR LENTİ
-
Ülkər Yaşarqızının görüntüsü müzakirə yaratdı (Video)
-
Batumidə 2 “Beşiktaş”lı tələbəyə hücum edildi (Foto)
-
Bu 4 əlaməti görməzdən gəlməyin
-
Tovuzda 28 yaşlı gənci qatar vurub öldürdü (Foto)
-
Çinin böyük hərbi təlimi: Adalar belə ələ keçiriləcək
-
Əfqanıstanda məktəbdə partlayış: 6 ölü, 97 yaralı
-
"Mənim pul seyfimin kodunu evdəkilər belə bilmir"
-
Fotosessiya zamanı at gəlini qaçırdı - (Video)
-
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
-
Türk aktrisa: “Ərə getmək fikrində deyiləm, həyat partnyoru istəyirəm”
-
103 yaşlı İkinci Dünya müharibəsi iştirakçısı vəfat etdi
-
Neymar öz ətirini hazırlayacaq - (Foto)
-
Bazar günü yağış yağacaq
-
İlham Əliyev Əli Əsədovla bağlı sərəncam imzaladı
-
Azərbaycanlılara şad xəbər: Şengen vizası asanlaşır
-
18 yaşlı qadın öldü: Ərinin vəziyyəti ağırdır
-
Təmizlik işçisi gözəlliyi ilə diqqət çəkdi – (Video)
-
Sərhədi pozan Əfqanıstan vətəndaşları saxlanıldı
-
İlham Əliyev: Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk
-
Prezident: Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur
-
İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
-
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
-
Hindistanda 400 min nəfərlik toy - Yeməyi fincanlara yığdılar - (Video)
-
Xalq artisti 54 il əvvələ aid fotosunu paylaşdı





