Yüksək təzyiqin gizli səbəbi - İnsanlar bundan xəbərsizdir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Alimlər yüksək arterial təzyiqin tez-tez diqqətdən yayınan səbəblərindən birinin aşkarlanmasını asanlaşdıra biləcək yeni üsul hazırlayıblar. Bunun üçün gün və gecə ərzində hormon səviyyəsindəki dəyişiklikləri izləyən daşına bilən cihazdan istifadə edilib. Araşdırma ilkin aldosteronizm adlanan hormonal pozuntuya həsr olunub.
Milli.Az lent.az-a istinadən bildirir ki, bu vəziyyət yüksək arterial təzyiqi olan hər beş nəfərdən birində rast gəlinə bilər. İlkin aldosteronizm ürək-damar xəstəlikləri, insult, diabet və digər ciddi sağlamlıq problemləri riskinin artması ilə əlaqələndirilir.
Alimlər müəyyən ediblər ki, ilkin aldosteronizmi olan insanlarda hormon ifrazının kəskin artması həm gündüz, həm də gecə yuxusu zamanı baş verə bilər. Mütəxəssislərin sözlərinə görə, məhz gecə baş verən bu dəyişikliklər xüsusi əhəmiyyət daşıyır. Çünki adi qan analizləri insanların yuxuda olduğu vaxt nadir hallarda aparılır və nəticədə hormonal sıçrayışlar nəzərdən qaça bilər.
Bu dəyişiklikləri izləmək üçün alimlər pasiyentlərin gündəlik həyatını davam etdirərkən hormon səviyyəsini fasiləsiz ölçən portativ cihaz hazırlayıblar. Davamlı monitorinq ənənəvi müayinələr zamanı aşkarlanmayan pozuntuları müəyyən etməyə imkan verə bilər.
Araşdırmanın həmmüəllifi, Bristol Universitetinin doktoru Tomas Apton bildirib ki, ilkin aldosteronizm yüksək təzyiqin mühüm səbəblərindən və ikincili hipertoniyanın ən geniş yayılmış formalarından biridir.
Onun sözlərinə görə, Böyük Britaniyada milyonlarla insan bu problemdən əziyyət çəkə bilər. Lakin hormon səviyyəsinin gün ərzində dəyişməsi və diaqnostika prosesinin mürəkkəbliyi səbəbindən xəstəliyə bəzən gec diaqnoz qoyulur, bəzi hallarda isə ümumiyyətlə aşkarlanmır.
Təcrübə necə aparılıb?
Araşdırma çərçivəsində Bristol, Bergen, Stokholm və Afinada ümumilikdə 60 pasiyent 24 saat ərzində müşahidə olunub. Hormon səviyyəsi hər 20 dəqiqədən bir, ölçüsü təxminən mobil telefon qədər olan və belə taxılan cihaz vasitəsilə ölçülüb. Cihaz dəridən hormon nümunələri götürüb. Bu isə iştirakçıların adi fəaliyyətlərini davam etdirməsinə, o cümlədən gecə yatmasına mane olmayıb.
Araşdırmanın baş müəlliflərindən doktor Eder Zavala bildirib ki, 24 saatlıq fasiləsiz monitorinq gecələr baş verən və daha əvvəl nəzərdən yayınan hormonal sıçrayışların müəyyən edilməsinə imkan verib. Onun sözlərinə görə, bu nəticələr xəstəliyin mexanizmini daha yaxşı anlamağa və gələcəkdə həkimlərin ilkin aldosteronizmi daha erkən aşkar edərək daha effektiv müalicə aparmasına kömək edə bilər.
Mütəxəssislər xatırladırlar ki, yüksək arterial təzyiqin yaranmasına həddindən artıq emal olunmuş qidaların istifadəsi, müntəzəm və çox miqdarda spirtli içki qəbulu, eləcə də fiziki aktivliyin az olması da təsir göstərə bilər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Yüksək təzyiqin gizli səbəbi - İnsanlar bundan xəbərsizdir
-
İş günündən əvvəl hansı hərəkətlər faydalıdır?
-
Diyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı
-
Allergiyanın arxasında başqa səbəb dayana bilər - Tədqiqatçılardan yeni nəzəriyyə
-
Həkim 2 il xərçəngi aşkarlaya bilmədi: Ailəsinə 7,8 milyon dollar ödəniləcək
-
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
XƏBƏR LENTİ
-
Yüksək təzyiqin gizli səbəbi - İnsanlar bundan xəbərsizdir
-
İş günündən əvvəl hansı hərəkətlər faydalıdır?
-
Payızın 5 ətri: Vuranda hamı adını soruşacaq
-
Qaşlar yalnız gözəllik üçün deyil: Bu funksiyaları varmış
-
Piyada gəzməyin faydası
-
Nə daş kimi bərk, nə də şorba kimi sulu: İdeal südlü aş resepti
-
Yatmazdan əvvəl spirtli içki içmək faydalıdır, yoxsa zərərli?
-
Günün qoroskopu: Sosial ünsiyyətdə açıq və səmimi olun
-
Axşamı ailə ilə birlikdə necə əyləncəli keçirmək olar?
-
Telefonu güzgü qarşısına və hamama qoymayın: Radiasiyanı iki dəfə artırır
-
Alyona Əliyeva “İki dünya arasında” adlı sərginin açılışında iştirak edib - (Foto)
-
Tullantıdan sənət əsərləri yaradır - (Video)
-
Xaçmaz-Quba yolunda qəza - altı nəfər yaralandı
-
“Liverpul” “Mançester Yunayted”i darmadağın edib
-
İtaliya XİN rəhbərinin Azərbaycana rəsmi səfəri başlayıb
-
Qazax sakini Kürdə batdı
-
Elton Hüseynəliyevin qızı İngiltərədə yaşayır
-
Şəhid qardaşı ilə şəhid bacısı ailə qurdu - (Foto)
-
Premyer Liqada yeni tamaşaçı rekordu
-
"Barselona" "Vilyarreal"ı məğlub edib
-
Sabah Xəzər rayonunda qaz olmayacaq
-
Sevdiyini heç vaxt unutmayan 5 bürc
-
Mayli Sayrus ailə qurdu
-
Gimnastlarımız Özbəkistanda keçirilən beynəlxalq turnirdə 10 medal qazanıblar - (Foto)





