Payızın 5 ətri: Vuranda hamı adını soruşacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Payız mövsümündə yüngül sitrus və akvatik yay ətirlərini daha dərin, isti və rahatlıq hissi yaradan kompozisiyalar əvəz edir. Artıq hər yerdə hiss edilən məşhur ətirlərdən bezmisinizsə, bu mövsüm qadın parfümeriyasında diqqət çəkən bir sıra yeni seçimlər var.
Milli.Az lent.az-a istinadən bildirir ki, mütəxəssislər payız aylarında xüsusilə dəbdə olacaq 5 yeni qadın ətrini seçiblər.
Hermes Barenia
Bu ətir şipr kompozisiyalarını sevənlər arasında diqqət çəkən yeniliklərdən biridir.
Ətrin əsas notlarında zərif dəri akkordları, palıd və zanbaq ön plana çıxır. Kompozisiya ciddiliklə qadın zərifliyi arasında balans yaradır.
Ətir bahalı və eleqant təsir bağışlayan uzunmüddətli şleyfə malikdir. Xüsusilə yun palto və ya trençlə birlikdə payız obrazını tamamlayan seçim hesab olunur.
Tom Ford Black Lacquer
Tünd, sirli və xarakterli ətirləri sevən qadınlar üçün Tom Ford-un bu yeniliyi maraqlı seçim ola bilər.
Kompozisiyanın əsasını qara eben ağacı, tünd pion və tüstülü akkordlar təşkil edir.
Ətir dərin, mistik və cazibədar xarakterə malikdir. Xüsusilə sərin və yağışlı payız axşamları üçün uyğun hesab olunur.
Yves Saint Laurent Libre Flowers & Flames
Bir çox qadının tanıdığı "Libre" xətti yeni və daha isti versiya ilə genişləndirilib.
Ətrin əsas notlarında kremli palma çiçəyi, günəşli zanbaq və zəngin vanil akkordları hiss olunur.
Kompozisiya yumşaq və azca şirin olsa da, həddindən artıq ağır təsir yaratmır. Ətir insanı sanki yumşaq kaşmir sviter kimi əhatə edən isti və rahat atmosfer yaradır.
Guerlain Patchouli Paris
Payızı paçuli notu olmadan təsəvvür etmək çətindir. Fransız brendinin yeni ətri isə bu klassik notu fərqli şəkildə təqdim edir.
Odunsu və torpaq tonları brendə xas pudralı vanil və zərif iris notları ilə yumşaldılıb.
Nəticədə aristokratik, təmkinli və eyni zamanda müasir səslənən bir kompozisiya ortaya çıxıb.
Jo Malone London Hinoki & Cedarwood
Bu ətir sanki meşə havasını şüşəyə doldurur.
Kompozisiyanın əsasını Yaponiyanın hinoki ağacı və klassik sidr notları təşkil edir. Onlara isti darçın akkordu əlavə olunub.
Ətir həm təravətli, həm də isti xarakter daşıyır. Gündəlik istifadə üçün uyğun olan bu kompozisiya gərgin günlərdə belə sakitlik və harmoniya hissi yaratmağa hesablanıb.
Beləliklə, 2026-cı ilin payız mövsümündə qadın ətrlərində isti, odunsu, vanilli, çiçəkli və tüstülü notlar əsas tendensiyalar sırasında yer alır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Payızın 5 ətri: Vuranda hamı adını soruşacaq
-
Qaşlar yalnız gözəllik üçün deyil: Bu funksiyaları varmış
-
Piyada gəzməyin faydası
-
Nə daş kimi bərk, nə də şorba kimi sulu: İdeal südlü aş resepti
-
Yatmazdan əvvəl spirtli içki içmək faydalıdır, yoxsa zərərli?
-
Günün qoroskopu: Sosial ünsiyyətdə açıq və səmimi olun
XƏBƏR LENTİ
-
Payızın 5 ətri: Vuranda hamı adını soruşacaq
-
Qaşlar yalnız gözəllik üçün deyil: Bu funksiyaları varmış
-
Piyada gəzməyin faydası
-
Nə daş kimi bərk, nə də şorba kimi sulu: İdeal südlü aş resepti
-
Yatmazdan əvvəl spirtli içki içmək faydalıdır, yoxsa zərərli?
-
Günün qoroskopu: Sosial ünsiyyətdə açıq və səmimi olun
-
Axşamı ailə ilə birlikdə necə əyləncəli keçirmək olar?
-
Telefonu güzgü qarşısına və hamama qoymayın: Radiasiyanı iki dəfə artırır
-
Alyona Əliyeva “İki dünya arasında” adlı sərginin açılışında iştirak edib - (Foto)
-
Tullantıdan sənət əsərləri yaradır - (Video)
-
Xaçmaz-Quba yolunda qəza - altı nəfər yaralandı
-
“Liverpul” “Mançester Yunayted”i darmadağın edib
-
İtaliya XİN rəhbərinin Azərbaycana rəsmi səfəri başlayıb
-
Qazax sakini Kürdə batdı
-
Elton Hüseynəliyevin qızı İngiltərədə yaşayır
-
Şəhid qardaşı ilə şəhid bacısı ailə qurdu - (Foto)
-
Premyer Liqada yeni tamaşaçı rekordu
-
"Barselona" "Vilyarreal"ı məğlub edib
-
Sabah Xəzər rayonunda qaz olmayacaq
-
Sevdiyini heç vaxt unutmayan 5 bürc
-
Mayli Sayrus ailə qurdu
-
Gimnastlarımız Özbəkistanda keçirilən beynəlxalq turnirdə 10 medal qazanıblar - (Foto)
-
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - (Foto/Video)
-
İcra başçısı bazarda satıcıya: "Haqqınızı halal edin" - (Video)





