Siyasət

İtaliya XİN rəhbərinin Azərbaycana rəsmi səfəri başlayıb

22 Noyabr 2026 22:27
Baxış: 122

İtaliyanın xarici işlər naziri Antonio Tajaninin Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıya gəlişi baş tutub.

Milli.Az xəbər verir ki, bu barədə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi məlumat yayıb.

Səfər proqramında iqtisadi əməkdaşlıq xüsusi yer tutur. Belə ki, İtaliyanın xarici işlər naziri Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla ikitərəfli görüş keçirəcək. Bundan əlavə, nazirlər Azərbaycan-İtaliya Biznes Forumuna qatılacaqlar.

Tədbirdə hər iki ölkəni təmsil edən 240-dan çox şirkət və biznes assosiasiyasının nümayəndəsinin iştirakı nəzərdə tutulur. Forumun əsas hədəfi İtaliya şirkətlərinin Azərbaycanda reallaşdırılan böyük infrastruktur layihələrində iştirak imkanlarını artırmaqdır.

İtaliya XİN-in açıqlamasında enerji sahəsində tərəfdaşlığın ikitərəfli əlaqələrin prioritet istiqamətlərindən biri olduğu vurğulanıb. Qeyd edilib ki, Azərbaycan İtaliyanın neft üzrə ikinci, təbii qaz üzrə isə üçüncü ən böyük tədarükçüsüdür.

Səfər çərçivəsində qabaqcıl sənaye, rəqəmsal texnologiyalar, alternativ enerji mənbələri və kritik xammal sahələrində əməkdaşlığın inkişaf perspektivləri də müzakirə ediləcək. Həmçinin kritik xammal sektorunda üçüncü ölkələrdə birgə fəaliyyətə dair niyyət bəyannaməsinin imzalanması gözlənilir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.