İran

Hörmüz boğazında iki tanker minaya düşdü

28 Noyabr 2026 08:53
Baxış: 149
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İki neft tankeri dəniz minalarına düşərək partlayıb və daha sonra Hörmüz boğazı yaxınlığında yanmağa başlayıb.

Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunda (SEPAH) məlumat verilib.

Bildirilib ki, gəmilərdən biri Omanın Xasab limanının yaxınlığında, digəri isə Hörmüz boğazının şərq hissəsində partlayıb.

SEPAH-ın məlumatına görə, tankerlərdən biri Omanın Xasab limanının girişində, digəri isə boğazın şərqində Tehran tərəfindən icazə verilməyən marşrutla hərəkət edərkən minaya düşüb. Qeyd edilib ki, hər iki gəmi boğazı görünmədən keçməyə çalışaraq avtomatik identifikasiya sistemlərini söndürüb.

SEPAH xəbərdarlıq edib ki, sözügedən marşrut güclü şəkildə minalanıb və ABŞ hərbi aviasiyası bu yolla keçməyə cəhd edən gəmiləri qoruya bilməyəcək.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.