Kulinariya

Klassik tosta fərqli dad qatan üsul: Karamelizə edilmiş soğanla

28 Noyabr 2026 05:05
Baxış: 136
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Xırtıldayan çörək, əriyən pendir və vam odda bişirilərək şirinləşdirilmiş soğanın birləşməsindən hazırlanan bu tost həm səhər yeməyi, həm də gün ərzində tez hazırlanan qəlyanaltı üçün fərqli seçimdir.

Milli.Az lazım olan ərzaqları təqdim edir:

4 dilim tost çörəyi

2 ədəd iri baş soğan

2 xörək qaşığı kərə yağı

1 desert qaşığı zeytun yağı

1 desert qaşığı qəhvəyi şəkər tozu

1 desert qaşığı balzamik sirkə

4 dilim holland və ya çeddar pendiri

Duz, qara istiot (zövqə görə kəklikotu)

Hazırlanma qaydası

Soğanları nazik aypara şəklində doğrayın.

Tavada kərə yağını və zeytun yağını əridin, soğanları əlavə edib vam odda yavaş-yavaş qovurun.

Soğanlar yumşalmağa başlayanda üzərinə qəhvəyi şəkər tozu, duz və qara istiot səpin.

Təxminən 15-20 dəqiqə ərzində ara-sıra qarışdıraraq soğanların qəhvəyi rəng almasını və karamelizə olunmasını gözləyin. Sonda balzamik sirkəni əlavə edib bir neçə dəqiqə də bişirin.

Tost çörəklərinin arasına pendir dilimlərini və hazırladığınız karamelizə soğanı yerləşdirin.

Çörəklərin xarici səthinə az miqdarda kərə yağı çəkin və yapışmayan tavada vam odda, hər iki üzü qızarıb pendir əriyənə qədər bişirərək isti halda süfrəyə verin.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.