İdman

"Çelsi" öz meydanında uduzdu

28 Noyabr 2026 09:07
Baxış: 134
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İngiltərə Premyer Liqasının XII turunda "Nottingem Forest" və "Çelsi" komandaları üz-üzə gəlib.

Milli.Az xəbər verir ki, Nottingemdəki "Siti Ground" stadionunda keçirilən qarşılaşma ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunun əvvəlində üstünlüyü ələ alan "Nottingem Forest" 5-ci dəqiqədə İqor Jesusun qolu ilə hesabı açıb. Fasilədən sonra, 51-ci dəqiqədə Morqan Gibbs-Uayt penaltidən fərqi iki topa çatdırıb. Cəmi üç dəqiqə sonra Emanuel Emeqa "Çelsi"nin ilk qolunu vurub.

72-ci dəqiqədə Gibbs-Uayt yenidən fərqlənərək dublunu rəsmiləşdirib. Emeqa isə 89-cu dəqiqədə özünün ikinci qolunu vuraraq hesab arasındakı fərqi minimuma endirsə də, London təmsilçisini məğlubiyyətdən xilas edə bilməyib.

Bu nəticədən sonra 12 oyunda 16 xal toplayan "Çelsi" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. "Nottingem Forest" isə xallarının sayını 12-yə yüksəldərək 14-cü sıraya qalxıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.