Azərbaycanlılara şad xəbər: Şengen vizası asanlaşır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Avropa İttifaqı ilə viza rejiminin sadələşdirilməsini istəyir. Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov litvalı həmkarı Kestutis Budrislə Bakıda keçirdiyi birgə mətbuat konfransında deyib. Ceyhun Bayramov deyib ki, hazırda Azərbaycan Avropa İttifaqı üzv ölkələri üçün asanlaşdırılmış viza rejimi tətbiqi edir, amma bütün məhdudiyyətlərin aradan qaldırılmasına hazırdırlar.
Qeyd edək ki, Azərbaycan vətəndaşları Avropa ölkələrinə səfər etmək üçün Şengen vizasını sadələşdirilmiş qaydada əldə edə bilər. Bunun üçün Azərbaycan ilə Avropa İttifaqı arasında 2014-cü ildən qüvvədə olan Viza Sadələşdirilməsi Sazişi mövcuddur.
Bu saziş viza almağı asanlaşdırır, lakin vizasız səyahət hüququ vermir. Litvanın dəstəyi müsbət diplomatik siqnaldır. Xüsusilə 2027-ci ildə Litvanın Aİ Şurasına sədrliyi bu məsələnin gündəliyə çıxarılması baxımından əhəmiyyətli ola bilər. Lakin nəticə üçün Aİ səviyyəsində razılıq və hüquqi prosedurlar lazımdır.
Əslində, Aİ-nin Azərbaycanla viza rejimini sadələşdirməməsinin bir neçə siyasi və praktiki səbəbi var. Məsələ təkcə Azərbaycanın iqtisadi vəziyyəti və ya diplomatik münasibətləri deyil. Aİ Azərbaycan vətəndaşlarının vizasız rejimdən sonra Avropada qanuni qalma müddətini aşması və əsassız sığınacaq müraciətlərinin artması ehtimalını qiymətləndirir.
Bəs rəsmi Bakının niyyətini dil gətirən Bayramovun bu çıxışı Aİ-nin mövqeyinin yumşalmasına səbəb ola bilərmi?
Musavat.com-a danışan deputat Azər Badamov bildirib ki, son dövrlər Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərdə müəyyən müsbət dinamika müşahidə olunur.
Deputatın fikrincə, bunu Avropa İttifaqının rəhbər şəxslərinin, o cümlədən Avropa İttifaqı Şurasının və Avropa Komissiyasının prezidentlərinin, eləcə də digər yüksək səviyyəli rəsmilərin Azərbaycana səfərləri, aparılan siyasi dialoqun intensivləşməsi fonunda qiymətləndirmək mümkündür: "Digər tərəfdən, Azərbaycan Avropa İttifaqına üzv olan 10-dan çox ölkə ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Bu da Azərbaycanın Avropa üçün əhəmiyyətli siyasi və iqtisadi tərəfdaş olduğunu göstərir. Belə bir şəraitdə Azərbaycan ilə Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi məsələsi xüsusi aktuallıq kəsb edir. Çünki bu addım yalnız vətəndaşlarımızın Avropa ölkələrinə səfərlərini asanlaşdırmaqla məhdudlaşmır.
Eyni zamanda, iqtisadi, humanitar, təhsil və mədəni əlaqələrin genişlənməsinə, insanlar arasında təmasların artmasına və bütövlükdə Azərbaycan-Avropa münasibətlərinin daha da inkişafına xidmət edə bilər. Bu gün Azərbaycan Avropa İttifaqı üçün enerji təhlükəsizliyi, regional sabitlik, nəqliyyat-kommunikasiya əlaqələri və digər istiqamətlərdə mühüm tərəfdaşlardan biridir. Tərəfdaşlığın qarşılıqlı fayda prinsipi əsasında inkişafı isə insanlar arasında əlaqələrin də genişləndirilməsini zəruri edir. Yəni dövlətlər səviyyəsində mövcud olan əməkdaşlıq və etimad mühiti vətəndaşların qarşılıqlı səfərləri üçün də daha əlverişli şəraitin yaradılmasında öz əksini tapmalıdır. Bu baxımdan Ceyhun Bayramovun Azərbaycanın viza rejiminin sadələşdirilməsində maraqlı olduğunu və qarşılıqlı məhdudiyyətlərin aradan qaldırılmasına hazır olduğunu bəyan etməsi mühüm diplomatik mesajdır".
Onun sözlərinə görə, əlbəttə, Avropa İttifaqının bu məsələdə qərarına miqrasiya, qanunsuz qalma və sığınacaq müraciətləri ilə bağlı narahatlıqlar da təsir göstərir: "Ona görə də burada qarşılıqlı etimadın gücləndirilməsi və praktiki mexanizmlər üzrə razılaşmaların əldə olunması vacibdir. Düşünürəm ki, bu istiqamətdə siyasi dialoqun davam etdirilməsi viza prosedurlarının sadələşdirilməsi ilə bağlı müzakirələrə yeni təkan verə və Azərbaycanla Avropa İttifaqı arasında yaxınlaşmanın daha geniş müstəviyə keçməsinə şərait yarada bilər".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanlılara şad xəbər: Şengen vizası asanlaşır
-
Səlim Müslümova ağır itki
-
Sabah Şahbuzda işıq olmayacaq
-
Murad Ağalarovdan ali məktəblərə qəbul sistemi ilə bağlı təklif: "İmtahan vaxtı fənlərə görə fərqləndirilməlidir"
-
Vasif Rəsulova Hesablama Palatasında vəzifə verildi
-
Şəmkirdə ayı görünməsi xəbərinə icra hakimiyyətindən reaksiya
XƏBƏR LENTİ
-
Azərbaycanlılara şad xəbər: Şengen vizası asanlaşır
-
18 yaşlı xanımı öldü: Ərinin vəziyyəti ağırdır
-
Təmizlik işçisi gözəlliyi ilə diqqət çəkdi – (Video)
-
Dövlət sərhədini pozmağa cəhd edən İran vətəndaşları saxlanıldı
-
İlham Əliyev: Azərbaycan-Mavritaniya dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk
-
Prezident: Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur
-
İlham Əliyev Mavritaniya Prezidentinə məktub ünvanlayıb
-
Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib
-
Hindistanda 400 min nəfərlik toy - Yeməyi fincanlara yığdılar - (Video)
-
Xalq artisti 54 il əvvələ aid fotosunu paylaşdı
-
Bakıda çayxanada ata və oğlu bıçaqlandı
-
Zaxarova: “Latviya öz ayağına güllə atacaq”
-
15 yaşlı yeniyetmə bıçaqlandı - Tutulan var
-
Məşhur aktrisa 45 kiloqram arıqladı – Tanınmaz haldadır
-
Bu müəllimlər üçün vacib xəbər
-
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? - Açıqlama
-
Meksikanın Dünya Mədəniyyətləri Muzeyinin kitabxanasına Azərbaycan nəşrləri təqdim edilib (Foto)
-
İdmançılarımız Ermənistanda 6 medal qazandı
-
Röyanın makiyajsız halı diqqət çəkdi (Foto)
-
Peruda hərbi helikopter qəzaya uğradı: 8 hərbçi öldü
-
Səlim Müslümova ağır itki
-
Ağsuda 2 maşın toqquşdu: Ölən var
-
Ərdoğan Yunanıstan Prezidenti ilə görüşəcək
-
Allahverdi Yolçuyev vəsiyyətini açıqladı





