Bu müəllimlər üçün vacib xəbər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dekabrın 5-6-da Bakıda Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət təhsili müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması üzrə test imtahanı keçiriləcək.
Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, imtahanda Dağlıq Şirvan, Qazax-Tovuz, Şəki-Zaqatala və Şərqi Zəngəzur regional mədəniyyət idarələrinin tabeliyindəki təhsil müəssisələrindən 1 824 təhsilverənin iştirakı nəzərdə tutulur.
Test imtahanı Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 50 ünvanında yerləşən Elektron imtahanlar korpusunda üç sessiyada təşkil olunacaq.
Belə ki, 5 dekabr, saat 10:00 - musiqi nəzəriyyəsi, rəssamlıq və xoreoqrafiya; 5 dekabr, saat 15:00 - qarmon, tar, xor, xanəndəlik, kamança, saz, nağara, violin, klarnet və balaban, 6 dekabr, saat 11:00 - fortepiano ixtisasları üzrə.
İştirakçılara imtahanın tarixi, saatı və yeri barədə fərdi bildirişlər MyCulture şəxsi kabinetlərinin "Bildirişlər" bölməsinə göndərilib. Test və müsahibə proqramları, iştirakçının yaddaş kitabçası və digər məlumatlar isə "Sertifikatlaşdırmaya hazırlıq" bölməsində yerləşdirilib.
Qeyd olunub ki, iştirakçılar imtahanın başlanmasına 1 saat 30 dəqiqə qalmış binada olmalı, şəxsiyyətlərini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini özləri ilə gətirməlidirlər.
Kompüter vasitəsilə və təhsilverənin tədris apardığı dildə keçiriləcək imtahanda hər iştirakçıya 60 sualdan ibarət fərdi test variantı təqdim olunacaq. İxtisas, tədris proqramları, tədris metodikası və etik davranış qaydalarını əhatə edən sualların cavablandırılması üçün 120 dəqiqə ayrılacaq.
Hər düzgün cavab 1 balla qiymətləndiriləcək, səhv və cavabsız suallar toplanan balı azaltmayacaq. Nəticələr imtahan başa çatdıqdan dərhal sonra elan ediləcək. Azı 30 bal toplayan təhsilverənlər müsahibə mərhələsinə buraxılacaqlar.
Qeyd edilib ki, sertifikatlaşdırma Nazirlər Kabinetinin 21 iyul 2026-cı il tarixli 227 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"na uyğun aparılır. Test və müsahibə mərhələlərindən ibarət proses təhsilverənlərin peşəkarlıq səviyyəsinin və pedaqoji fəaliyyətə yararlılığının qiymətləndirilməsi məqsədi daşıyır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
XƏBƏR LENTİ
-
Məşhur aktrisa 45 kiloqram arıqladı – Tanınmaz haldadır
-
Bu müəllimlər üçün vacib xəbər
-
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? - Açıqlama
-
Meksikanın Dünya Mədəniyyətləri Muzeyinin kitabxanasına Azərbaycan nəşrləri təqdim edilib (Foto)
-
İdmançılarımız Ermənistanda 6 medal qazandı
-
Röyanın makiyajsız halı diqqət çəkdi (Foto)
-
Peruda hərbi helikopter qəzaya uğradı: 8 hərbçi öldü
-
Səlim Müslümova ağır itki
-
Ağsuda 2 maşın toqquşdu: Ölən var
-
Ərdoğan Yunanıstan Prezidenti ilə görüşəcək
-
Allahverdi Yolçuyev vəsiyyətini açıqladı
-
Abdulla Məmmədov qəfil vəfat etdi
-
"Çelsi" öz meydanında uduzdu
-
Lənkəranda ağır qəza: Ölü və yaralılar var (Foto)
-
Hörmüz boğazında iki tanker minaya düşdü
-
Stalinin “Qafqaz gözəli” adlandırdığı, qızını və ərini qəzada itirən əfsanəvi aktrisa: Leyla Bədirbəyli
-
Şirniyyat evi üsulu ilə bamiyə şirniyyatı: Xırtıldayan teksturanın əsas sirri
-
2026-cı il türk şou-biznesində ayrılıq ili oldu – Məşhur cütlüklər bir-birindən ayrıldı - (Fotolar)
-
Klassik tosta fərqli dad qatan üsul: Karamelizə edilmiş soğanla
-
Xurma yeyəndə qabığını soyun - səbəb
-
57 yaşlı Ceylo bu yolla formada qalır
-
Qışda pomidor və bibər almayın: Mütəxəssislərdən xəbərdarlıq
-
Kim deyər ki, 80 yaşları var? - (Video)
-
Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar





