Meksikanın Dünya Mədəniyyətləri Muzeyinin kitabxanasına Azərbaycan nəşrləri təqdim edilib (Foto)
Meksikadakı səfirliyimizin təşkilatçılığı ilə Mexiko şəhərinin ən qədim muzeylərindən olan Dünya Mədəniyyətləri Milli Muzeyinin kitabxanasında Azərbaycanla bağlı kitabların təqdimatı və yazıçı Şəmil Sadiqin "Yuxu maşını" romanının təqdimatı keçirilib.
Milli.Az xəbər verir ki, tədbirdə "Hədəf" Şirkətlər Qrupunun qurucu direktoru, Azərbaycan Nəşriyyatları Assosiasiyasının (ANAİB) İdarə Heyətinin sədri, yazıçı Şəmil Sadiq, muzeyin Avropa etnoqrafik kolleksiyaları üzrə tədqiqatçı-kuratoru Reynier Valdes Pinyeiro, muzeyin direktoru Alexandra Qomez Kolorado və Meksikada yaşayan həmyerlimiz, filoloq-alim Lalə Qafarzadə və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə Reynier Valdes Pinyeiro Azərbaycan ədəbiyyatının Meksikada tanıdılması baxımından bu təşəbbüsün əhəmiyyətini vurğulayıb. Daha sonra professor Lalə Qafarzadə Azərbaycan ədəbiyyatının tarixi inkişaf mərhələləri, görkəmli yazıçıların həyat və yaradıcılığı haqqında məlumat verib. Onun çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Şəmil Sadiq çıxışında "Yuxu maşını" romanının baş qəhrəmanının dünyanın yalanlarından uzaqlaşaraq, Meksikaya gəldiyini və burada məskunlaşdığını bildirib. Yazıçı bu süjet xəttinin Meksikanı onun üçün xüsusi və doğma ölkəyə çevirdiyini qeyd edib. Romanın məzmunu barədə məlumat verən müəllif tədbir iştirakçılarının suallarını da cavablandırıb.
Azərbaycanın Meksikadakı səfirliyinin birinci katibi Lalə Səfərova çıxışında Dünya Mədəniyyətləri Milli Muzeyinin və onun kitabxanasının kolleksiyalarında indiyədək Azərbaycanla bağlı mədəniyyət nümunələrinin və nəşrlərin yer almadığını bildirib. O, səfirliyin bu istiqamətdə apardığı işlər çərçivəsində kitabxanaya Azərbaycan kitablarının hədiyyə edilməsini ölkəmizin mədəni irsinin tanıdılması baxımından ilk addımlardan biri kimi dəyərləndirib.
Tədbirin sonunda Kitabxanaya Azərbaycanın klassik və müasir yazıçılarının əsərləri, eləcə də ölkəmizin tarixi, mədəniyyəti və təbiətinə dair 20-yə yaxın kitab hədiyyə edilib.
Azərbaycan ədəbiyyatının Meksikada təbliği, iki xalqın mədəni irsinin daha yaxından tanınmasına, qarşılıqlı marağın artırılmasına və gələcək mədəni əməkdaşlıq imkanlarının genişlənməsinə töhfə verəcək.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Meksikanın Dünya Mədəniyyətləri Muzeyinin kitabxanasına Azərbaycan nəşrləri təqdim edilib (Foto)
-
Ərdoğan Yunanıstan Prezidenti ilə görüşəcək
-
Estoniyanın Azərbaycanda səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir - Ceyhun Bayramov - (Foto)
-
Prezident İlham Əliyev Abşeron dəniz blokuna dair yenilənmiş Sazişi təsdiqləyib
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - (Foto)
XƏBƏR LENTİ
-
Bu müəllimlər üçün vacib xəbər
-
"Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? - Açıqlama
-
Meksikanın Dünya Mədəniyyətləri Muzeyinin kitabxanasına Azərbaycan nəşrləri təqdim edilib (Foto)
-
İdmançılarımız Ermənistanda 6 medal qazandı
-
Röyanın makiyajsız halı diqqət çəkdi (Foto)
-
Peruda hərbi helikopter qəzaya uğradı: 8 hərbçi öldü
-
Səlim Müslümova ağır itki
-
Ağsuda 2 maşın toqquşdu: Ölən var
-
Ərdoğan Yunanıstan Prezidenti ilə görüşəcək
-
Allahverdi Yolçuyev vəsiyyətini açıqladı
-
Abdulla Məmmədov qəfil vəfat etdi
-
"Çelsi" öz meydanında uduzdu
-
Lənkəranda ağır qəza: Ölü və yaralılar var (Foto)
-
Hörmüz boğazında iki tanker minaya düşdü
-
Stalinin “Qafqaz gözəli” adlandırdığı, qızını və ərini qəzada itirən əfsanəvi aktrisa: Leyla Bədirbəyli
-
Şirniyyat evi üsulu ilə bamiyə şirniyyatı: Xırtıldayan teksturanın əsas sirri
-
2026-cı il türk şou-biznesində ayrılıq ili oldu – Məşhur cütlüklər bir-birindən ayrıldı - (Fotolar)
-
Klassik tosta fərqli dad qatan üsul: Karamelizə edilmiş soğanla
-
Xurma yeyəndə qabığını soyun - səbəb
-
57 yaşlı Ceylo bu yolla formada qalır
-
Qışda pomidor və bibər almayın: Mütəxəssislərdən xəbərdarlıq
-
Kim deyər ki, 80 yaşları var? - (Video)
-
Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar
-
İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal: Təhlükəsizlik kəməri etiketləri





